• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Türkiyəyə ultimatum göndərdi

ABŞ Türkiyəyə ultimatum göndərdi
11.10.2017 10:44
Amerikanın İstanbuldakı Baş Konsulluğunun əməkdaşının həbsindən sonra ABŞ və Türkiyə münasibətlərinin yaxşılaşması sual altındadır.

AzVision.az-ın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Xezer Nauert bildirib.

"Hesab edirəm ki, dövlət katibi digər ölkələrlə olduğu kimi, Türkiyə ilə də münasibətlərin yaxşılaşmasını istəyir. Əgər siz Rusiyaya diqqət etsəniz, bu, bizim əlaqələrimizi bərpa etmək istədiyimiz digər ölkədir. Lakin, Türkiyə hökumətinin qeyd edilən hərəkətləri ilə bağlı sual altındadır”, - deyə Nauert vurğulayıb. 

Onun sözlərinə görə, hadisədən sonra ABŞ-Türkiyə münasibətlərində dəyişiklik baş verib. Nauert bildirib ki, dövlət katibi Reks Tillerson məsələ ilə əlaqədar türkiyəli həmkarı ilə hələlik danışıqlar aparmayıb. 

Nauert vurğulayıb ki, saxlanılan konsulluq əməkdaşının indiyədək vəkillə görüşü təmin edilməyib.

Qeyd edək ki, oktyabrın 9-da Türkiyə və ABŞ arasında qeyri-immiqrasiya vizalarının qarşılıqlı verilməsi prosesi tam dayanıb. Tərəflər arasında diplomatik qalmaqal ötən həftə Türkiyədə ABŞ konsulluğunun əməkdaşı Metin Topuzun saxlanılmasından sonra baş verib. Rəsmi Ankara onu Türkiyədə baş verən dövlət çevrilişi cəhdinin təşkilində ittiham olunan Fətullah Gülənlə əlaqədə şübhəli bilir. Lakin rəsmi Vaşinqton ittihamları qəbul etməyib. 

Diplomatik qalmaqal birjaya dərhal öz təsirini göstərib və Türkiyə lirəsinin ucuzlaşmasına səbəb olub. Milli valyuta bir gündə dollara və avroya nisbətdə 3 faiz dəyər itirib.

Qeyri-immiqrasiya vizaları turistlərə, həmçinin ölkəyə müalicəyə, biznes səfərlərinə, müvəqqəti işləməyə və ya təhsil almağa gələn xarici ölkə vətəndaşlarına verilir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol