• $
  • €
  • ₽
  • ₺
  • £

İran BMT-yə ABŞ-dan şikayət etdi

İran BMT-yə ABŞ-dan şikayət etdi
04.01.2018 16:44
İranın BMT-dəki daimi nümayəndəsi Qulam Əli Xoşru ABŞ hökumətindən rəsmi qaydada BMT-yə şikayət edib. İranlı diplomat rəsmi Vaşinqtonu İslam Respublikasının daxili işlərinə müdaxilə etməkdə və insanları zorakılığa təhrik etməkdə təqsirləndirir.

Anews.az xəbər verir ki, bəyanatın mətnindən çıxarışı "Təsnim” agentliyi yayıb.

"ABŞ hökuməti  dövlətlərarası münasibətləri nizamlayan beynəlxalq hüququn bütün prinsiplərini pozmağa davam edir. ABŞ administrasiyası başda Donald Tramp olmaqla son günlər arsız şəkildə İranın daxili işlərinə qarışır, ölkədə zorakılıq və vandalizmə yol açan sporadik (hərdənbir baş verən???) etiraz aksiyalarını dəstəkləyir”, - deyə bəyanatda qeyd olunur.

İranlı diplomatın sözlərinə görə, ABŞ prezidenti və onun köməkçisi, ardı-arası kəsilməyən və gülüş doğuran "Twitter” ismarıcları ilə iranlıları təxribatçı hərəkətlərə sövq edir.

"İran İslam Respublikası hökuməti bütün dövlətlərin belə təhlükəli siyasəti pisləməsini istəyir və Birləşmiş Ştatlardan BMT Nizamnaməsinin tələblərinə və beynəlxalq hüquq normalarına riayət etməsini tələb edir”, – deyə ərizədə bildirilir.

Xatırladaq ki, İranda dekabrın 28-dən etibarən kütləvi etiraz aksiyaları müşahidə olunur. Müxtəlif şəhərləri bürüyən aksiyalarda etirazçılar qiymət artımına qarşı hiddət nümayiş etdirir.

Asayiş keşikçiləri ilə toqquşmalar nəticəsində azı 20 nəfər həlak olub. Ölənlər arasında hüquq-mühafizə orqanları əməkdaşlarının olduğu bildirilir. İran hökumətinin məlumatına görə, iğtişaşlarda iştirak etməklə əlaqədar 450 nəfər həbs olunub.

Dünən İnqilab Keşikçiləri Korpusunun rəhbəri, general Məhəmməd Əli Cəfəri ölkədə qiyamın yatırıldığını və qiyamçıların məğlubiyyətə uğradıqlarını elan edib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol