• $
  • €
  • ₽
  • ₺
  • £

“Windows” virtual hücumlara həssasdır

“Windows” virtual hücumlara həssasdır
20.02.2018 21:44
"Google” şirkətinin proqram tərtibatçıları "Project Zero” layihəsi çərçivəsində "Windows 10” əməliyyat sisteminə aid "Microsoft Edge”in virtual hücumlara həssas olduğunu aşkarlayıb.

Şirkət uzun müddət sistemdəki "boşluq” barədə sussa da, bu vaxta qədər "Microsoft” bu texniki qüsuru aradan qaldıra bilməyib.

Anews.az xəbər verir ki, bu barədə "The Verge” məlumat yayıb.

"Windows 10 Creators Update” yeniləməsində zərərli kodları yaddaşa yükləmək məqsədi daşıyan virtual hücumlardan qorunmaq üçün "Arbitrary Code Guard” (ACG) texnologiyasını istifadəyə verib. 

O, yaddaşda yalnız müvafiq imzası olan kodların əks olunmasına imkan verir. Ancaq mütəxəssislər bu "sipərdən” yan keçməyə imkan verən  boşluq ortaya çıxarıb. Nəticədə virtual dələduzlar zərərli kodu kompüterin yaddaşına yerləşdirə bilir.

Virtual hücumlara həssaslıq hələ 2017-ci ilin noyabr ayında aşkarlansa da, "Project Zero” qaydalarına görə, bu xəbəri ictimailəşdirməzdən əvvəl tərtibatçılara "boşluğun” aradan qaldırılmasına 90 gün vaxt verilir. 

"Microsoft” həssaslığın olduğunu etiraf edib və problemin aradan qaldırıldığı patçın ən tezi 2018-ci ilin mart ayında təqdim olunacağını bildirib.

"Microsoft Edge” "Windows 10” əməliyyat sistemindən "İnternet Explorer”i əvəz etmiş standart brauzerdir. Yeni "Windows 10S” versiyasında isə istifadəçilərə standart brauzeri dəyişməyə icazə verilmir. İstifadəçi əlavə brauzerlər yüklədikdə belə, elektron poçt və digər saytlara olan linklər yalnız "Microsoft Edge” brauzeri ilə açılır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol