• $
  • €
  • ₽
  • ₺
  • £

Ərəblər türk seriallarından imtina etdi

Ərəblər türk seriallarından imtina etdi
05.03.2018 19:45
Birləşmiş Ərəb Əmirlikləri ilə Türkiyə arasında yaşanan gərginlik media sahəsində də özünü göstərməyə başlayıb. 

Anews.az xəbər verir ki, aparıcı media qruplarından biri olan MBC bütün kanallarında türk seriallarının yayımının dayandırılmasına dair təlimat verib. 

Qeyd edək ki, səhmdarları arasında Səudiyyə Ərəbistanının kral ailəsinin də olduğu MBC bu barədə tabeliyində olan 11 telekanala məktub göndərib.

"MBC Group”un mətbuat sözçüsü Mazen Hayek "The National”a verdiyi açıqlamada qərarı təsdiqləyib. Lakin belə bir addımın niyə atılması barədə şərh verməyib. 

"The National” bildirir ki, qərar martın 2-də verilib. İndiyə qədər "Vatanım Sensin”in də daxil olduğu altı serial yayımdan çıxarılıb. 

Mazek Hayek deyib ki, bu qərar daha keyfiyyətli ərəb seriallarının çəkilməsinə təkan verəcək. Türkiyənin serial sektoru üçün Yaxın Şərq ən əhəmiyyətli bazardır. Məsələn, Yaxın Şərqdə ABŞ-ın ən bahalı serialının satış qiyməti 30 min dollar təşkil edirdisə, türk serialı bundan dörd dəfə baha – 120 min dollar idi. 

Bildirək ki, türk serialları dünyanın 140 ölkəsinə ixrac edilir. Son səkkiz il ərzində teleseriallardan gəlirlər 30 dəfə artıb. Serial ixracı üzrə gəlirlər 2008-ci ildə 10 milyon dollar idisə, 2016-ci ildə bu rəqəm 350 milyon dollar olub. Hədəf 2023-cü ilə qədər serial ixracatından gəlirləri 1 milyard dollara yüksəltməkdir.

Serialların ixracının 80 faizi "Calinos Holdinq” tərəfindən həyata keçirilir. Şirkət ilk olaraq serial ixracına 2001-ci ildə "Deli Yürek” serialını bölümbaşına 30 dollarla satmaqla başlayıb. Bu serial Qazaxıstanda 14 dəfə yayımlanıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol