• $
  • €
  • ₽
  • ₺
  • £

Avstriya məscidləri bağlamaqla təhdid etdi

Avstriya məscidləri bağlamaqla təhdid etdi
19.04.2018 23:19
Vyananın ən böyük məscidlərindən birində Çanaqqala müharibəsinin canlandırıldığı mərasim Avstriyada gündəm olub.

"A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, 2016-cı ildə çəkildiyi bildirilən və həftəlik dərc olunan "Falter” qəzetində yayımlanan şəkillərdə əsgər paltarı geyinən uşaqlar Birinci Dünya Müharibəsi zamanı Çanaqqalada savaşan əsgərləri canlandırıb. Şəkillərdən birində şəhid rolunu canlandıran uşaqların yerdə uzandıqları və üzərlərinə Türkiyə bayraqları örtüldüyü görünür.

Bu görüntülər Avstriyada böyük reaksiyaya səbəb olub. Belə ki, Avstriyanın Baş naziri məscidi bağlamaqla təhdid edib.

Şəkillərin yayımlanmasından sonra açıqlama verən Avstriyanın Baş naziri Sebastian Kruz "sözügedən hadisənin Avstriyada yeri olmadığını və belə bir hadisəyə əsla dözüm göstərməyəcəyini” söyləyib.

Daha sonra Sebastian Kruz Avstriya qanunlarına görə mərasimin keçirildiyi Avropa Türk İslam Birliyinə aid olan məscidin bağlana biləcəyini deyib. Həmçinin Vyana bələdiyyəsinin müsəlman icmalarına göstərilən maddi dəstəklərə dövlətin daha ciddi yanaşmasının vacibliyini vurğulayıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol