• $
  • €
  • ₽
  • ₺
  • £

Sarkisyan təlaş içərisindədir: Aqibəti necə olacaq?

Sarkisyan təlaş içərisindədir: Aqibəti necə olacaq?
29.05.2020 02:09
Ermənistanın sabiq prezidenti və hazırkı baş naziri Serj Sarkisyan özünün yeni təyinatı ilə bağlı Yerevanda keçirilən etiraz aksiyalarını şərh edib.

BiG.AZ-ın məlumatına görə, o, "Şant” telekanalına verdiyi müsahibədə deyib ki, istənilən cəmiyyətdə narazılıq müşahidə olunur. Ermənistan bu nöqteyi-nəzərdən istisna deyil. Əksinə, Ermənistan kimi ölkələrdə narazılıq daha kəskin şəkildə olur: "Lakin Ermənistanda narazılığın ifadə edilməsinə heç bir maneə yaradılmır. Qeyri-dinc xarakterli aksiyalar istisnadır – bu həm hökumətin, həm də cəmiyyətin xeyrinədir. Bütün aksiyalar qanun çərçivəsində keçirilməlidir”. 

"Bizim asayiş keşikçilərimiz təmkinlilik nümayiş etdirdilər. Mən hüquq-mühafizə orqanlarının güc tətbiq etmək məcburiyyətində qalmasını istəmirəm. Heç belə niyyət də yoxdur. Amma ölkədə qanunsuzluq abu-havası hökm sürməməlidir”, - deyə Serj Sarkisyan qeyd edib.

Etirazçıların dövlət obyektlərini tutmağa, əvvəlcə parlamentin, indi də hökumətin işini iflic etməyə çalışdıqlarını xatırladan S.Sarkisyan təlaş içərisindədir və bundan sonra nələrin baş verəcəyini bilmir. Bu səbəbdən də təəccüblə soruşur: "Sonra nə olacaq?”.

Qeyd edək ki, müxalifətçi deputat Nikol Paşinyanın rəhbərliyi ilə Yerevanda aprelin 13-dən etiraz aksiyaları keçirilir.

Artıq etirazçıların polislə qarşıdurması nəticəsində 6-sı asayiş keşikçisi olmaqla, 46 nəfər xəsarət alıb, yüzlərlə saxlanılan var./Virtualaz.org

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol