İndoneziyada "Merapi" püskürdü

Indoneziyanın Yava adasında "Merapi" vulkanı püskürüb.
Trend-in məlumatına görə, püskürmə nəticəsində 3,5 kilometr hündürlüyədək kül sovrulub.
Məlumata görə, hadisə ilə əlaqədar ərazidən 600-dən çox adam təxliyə olunub.
Qeyd olunur ki, "Merapi" İndoneziyada ən aktiv vulkanlardan biridir. İri püskürmələr hər yeddi ildən bir, kiçik püskürmələr isə iki ildən bir baş verir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib























