• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyan oğlunun başı ilə risk edir

Paşinyan oğlunun başı ilə risk edir
28.05.2018 13:23
Paşinyan oğlunun başı ilə risk edir. Onun oğlu hər bir erməni əsgəri kimi, istənilən an, işğal olunmuş Dağlıq Qarabağda Azərbaycanın dövlət sərhədini pozduğuna görə başından güllələnə bilər.

Bunu Oxu.Az-ın müxbiri ilə söhbətində "Baku Network” ekspert şurasının rəhbəri, fəlsəfə elmləri doktoru, Elxan Ələsgərov Ermənistan baş naziri Nikol Paşinyanın öz oğlunu Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə əsgərliyə göndərməsi ilə bağlı şərhində bildirib.

Onun sözlərinə görə, öz bəyanatları ilə Paşinyan Dağlıq Qarabağ probleminin həlli yollunda çoxsaylı maneələr qurur.

"Onun oğlu haqqında bəyanatı bu qəbildən olan növbəti çıxışıdır. Sözsüz ki, bu populizmdir.  Başlıca məqsəd, narazı qarabağlılara, oğlunun onları qoruyacağını göstərməkdir. Həmçinin Qarabağ müharibəsində oğullarını itirmiş anaları susdurmaq istəyir. Yəni deyir ki, baxın mənim oğlum da oradadır”, - deyə Ələsgərov bildirib.

Ekspertin fikrinə görə, bu addım həmçinin Ermənistandan olan böyük hərbi çağırışçı kütləsinin narazılığının qarşısını almağa hesablanıb. O, çağırışçılar ki, hər an sadəcə öz mövqeyini tərk edib, Ermənistana qayıda bilər.

"Ona da, Sarkisyan kimi qırğına göndərməyə əsgər lazımdır. Bu bir növ digər fərarilərə çağırışdır. Demək istəyir baxın, sosial-iqtisadi problemlərə görə ölkədən qaçmış gənc ermənilər Ermənistana qayıdıb və xidmət çəkir”,- deyə ekspert vurğulayıb.

Ancaq bu bəyanat əvvəlkilər kimi siyasi dəlikdir.

"Birincisi, Qarabağa Ermənistan ordusu dislokasiya olunub, ikincisi oğlunu Qarabağa göndərmiş liderlə hansı danışıqlardan söhbət gedə bilər?! Həmsədrlər Paşinyanı bu bəyanatına görə qınamalıdırlar. XİN-nin bununla bağlı bəyanatı yerli-yerində və düzgün oldu.  Paşinyan öz davranışı ilə danışıqlar prosesi perspektivini "torpeda ilə vurur”. Halbuki, bu Rusiyanın mövqeyinə və Parislə Vaşinqtonun bəyanatlarına ziddir”, - deyə saytın həmsöhbəti bildirib.

Qeyd edək ki, bundan əvvəl Azərbaycanın XİN-i Ermənistan vətəndaşlarının başqa dövlətin ərazisində yəni Azərbaycan Respublikasının işğal altında olan torpaqlarında hərbi xidmət keçməsinin beynəlxalq hüquq normaları və prinsiplərinin hətta Ermənistan qanunlarının kobud pozuntusu olduğunu bildirib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol