• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ sanksiyaları təxirə saldı

ABŞ sanksiyaları təxirə saldı
29.05.2018 23:16
ABŞ Şimali Koreyaya qarşı tətbiq olunacaq, Rusiya və Çin şirkətlərinə təsir edəcək sanksiyaları təxirə salmaq qərarına gəlib. 

Anews.az xəbər verir ki, bununla bağlı "The Wall Street Journal” nəşri məlumat verib. 

Məlumatlara görə, mayın 29-da açıqlanması gözlənilən qadağalar siyahısı qeyri-müəyyən müddətə təxirə salınıb. Sanksiyalar siyahısına 30 simanın adı daxil edilib. Qeyd edilir ki, sanksiyalar Kim Çen Inın təcavüzkar ritorikasına cavab olaraq hazırlanıb. 

Mayın 24-də Donald Tramp Kim Çen In ilə görüşü ləğv edib. Görüşün iyunun 12-də Sinqapurda keçirilməsi planlaşdırılmışdı. Görüşdən imtinaya səbəb kimi Tramp Şimali Koreya liderinin Vaşinqtona qarşı düşmən münasibəti bəsləməsini göstərib. Buna baxmayaraq, ABŞ prezidenti qeyd edib ki, gələcəkdə Kim Çen In ilə görüşə hazır olacaq. 

Bu ilin mayında Vaşinqton və Pxenyan bir-birilərinə qarşı kəskin bəyanatlar səsləndiriblər. Belə ki, Tramp mayın 18-də Kim Çen Inı razılaşmalar baş tutmadığı zaman onu "Liviya ssenarisi”nin gözləməsi ilə təhdid edib. 

Bu açıqlamadan iki gün öncə isə Şimali Koreya tərəfi ABŞ-ın fəaliyyətindən asılı olaraq, Kim Çen Inın görüşdə iştirakının bir daha nəzərdən keçiriləcəyini açıqlamışdı. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Угроза взрыва на борту самолета Wizz Air
Dünya 18:20
Угроза взрыва на борту самолета Wizz Air
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol