Türk ölkəsində yeni həyəcan – Təxliyyə başladı

Tatarıstanın paytaxtı Kazan şəhərindəki hava limanı bomba xəbərdarlığından sonra təcili şəkildə boşaldılıb.
Axar.az xəbər verir ki, bu barədə hava limanının mətbuat xidməti informasiya yayıb.
"Yerli vaxtla 6:52-də hava limanında partladıcı qurğu yerləşdirilməsi barədə informasiya daxil olub. Personal və sərnişinlərin təxliyəsi həyata keçirilib”, - məlumatda deyilib.
Axtarışdan sonra hava limanının fəaliyyəti bərpa olunub.
Xatırladaq ki, bir qədər əvvəl Tatarıstanın Kazan və Yarçallı şəhərlərindəki 3 qatar stansiyası bomba xəbərdarlığından sonra boşaldılmışdı.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib























