• $
  • €
  • ₽
  • ₺
  • £

"Ən inkişaf etmiş kompüter virusu"

"Ən inkişaf etmiş kompüter virusu"
24.11.2014 22:27
Kompüter təhlükəsizliyi şirkəti olan "Symantec" bu vaxta qədər "ən inkişaf etmiş kompüter virusu"nu təsbit etdiyini açıqlayıb.

ANN.Az "Report"a istinadən xəbər verir ki, virus kompüterə düşdüyü vaxtdan etibarən fəaliyyətə keçir və ekran görüntüsünü çəkə, şifrəni oğurlaya, silinən faylları yenidən bərpa edə bilir.

Mütəxəssislər "Regin" adlanan casus virusunun ən çox Rusiya, Səudiyyə Ərəbistanı və İrlandiyadakı dövlət təşkilatlarını, şirkətləri və fərdləri hədəfə aldığını söyləyib. Araşdırmaçılar virusun inkişaf etmiş bazaya sahib olduğunu, dövlətlərdən birinin kibercasusluq fəaliyyətində istifadə edilməsi məqsədilə yaradıldığını açıqlayıb.

Araşdırmaçılara görə, bu virusu yaratmaq və onu möhkəmləndirmək, illər olmasa belə, aylarla vaxt tələb edib və yaradıcıları virusun izini itirməsi üçün əllərindən gələni edib. "Symantec"in təhlükəsizlik strategiyası üzrə mütəxəssisi Sian Con (Sian John) hesab edir ki, bu, Qərb dövlətləri tərəfindən hazırlanıb: "Bacarıq və hazırlanma texnologiyasına fikir verdikdə anlamaq olur ki, bu, Qərb texnologiyası ilə hazırlanıb". "Symantec" şirkəti casus virusunu ABŞ və İsrail tərəfindən İranın nüvə proqramını hədəf alması üçün hazırlandığı ortaya atılan "Stuxnet" ilə müqayisə edib. Onların fikrincə, "Stuxnet" kompüter sisteminə və digər avadanlıqlara zərər vermək üçün hazırlandığı halda, "Regin" isə sırf məlumat toplamaq məqsədilə yaradılıb.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol