• $
  • €
  • ₽
  • ₺
  • £

2,5 milyon insan Ərdoğana qarşı toplaşdı

2,5 milyon insan Ərdoğana qarşı toplaşdı
22.06.2018 18:19
Türkiyədə prezidentliyə müxalifətdən olan namizəd, Cumhuriyyət Xalq Partiyasının (CHP) üzvü Muharrəm İncəni dəstəkləmək üçün İzmirdəki mitinqə toplaşan insanların sayı 2,5 milyon nəfər olub.

AzVision.az xəbər verir ki, bu barədə Türkiyəli jurnalist Abbas Cümə "Tvitter" hesabında məlumat verib.
"Məlumatlara əsasən, mitinqə 2,5 milyon insan gəlib. Hətta əgər bu rəqəmin yarısı belə çıxıbsa, bu artıq inanılmazdır! 24 iyunda Ərdoğanı çətin mübarizə gözləyir.” – deyə Abbas Cümə yazıb. 

Qeyd edək ki, bir neçə saat əvvəl CHP-nin sədri Kamal Kılıçdaroğlu "Amerikanın Səsi”nə açıqlamasında bildirmişdi ki, Türkiyədə seçkilərə heç də azad və şəffaf hazırlıq getmir. 

"Bizdəki seçkilər bərabər şərtlər altında keçirilmir, hətta bəzi liderlər, Dəmirtaş həbsdə saxlanılır. Bəzilərinə böyük təzyiqlər edilir, Türkiyə mediasının hazırda 90 faizi iqtidarın nəzarətindədir. Biz belə şəraitdə seçkilərə gedirik. 25 iyunda Türkiyə gözəl bir səhərə oyanacaq, demokratiya arzusunda olan cəmiyyət yenidən özünə gələcək və demokratik yollarla bir diktatoru yola salacağıq” – deyə Kılıçdaroğlu bildirib. 

O, ümid edib ki, Türkiyə vətəndaşları partiyasından olan namizəd Muharrəm İncəni prezident seçəcəklər. 

Xatırladaq ki, 24 iyunda Türkiyədə keçiriləcək prezident seçkilərində namizədlər aşağıdakılardır:

1. Hakim Ədalət və İnkişaf Partiyası ilə Milliyətçi Hərəkat Partiyasının ortaq namizədi Rəcəb Tayyip Ərdoğan
2. Cumhuriyyət Xalq Partiyasının namizədi, Yalovadan olan millət vəkili Muharrəm İncə
3. Xalqların Demokratik Partiyasının namizədi, İstanbuldan olan millət vəkili, həbsə alınan Səlahəddin Dəmirtaş 
4. İYİ partiyadan namizəd, partiyanın rəhbəri Meral Akşənər
5. Səadət Partiyasından namizəd, partiyanın rəhbəri Temel Karamollaoğlu
6. Vətən partiyasının namizədi, partiya rəhbəri Doğu Pərinçək

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol