• $
  • €
  • ₽
  • ₺
  • £

Səudiyyə neftdən asılılığını azaldır

Səudiyyə neftdən asılılığını azaldır
13.08.2018 20:16
Səudiyyə Ərəbistanın Dövlət İnvestisiya Fondu 5% paya sahib olduğu "Tesla” şirkətinə irimiqyaslı sərmayə yatırmağa hazırlaşır və bunun üçün şirkətin nümayəndələrilə danışıqlara başlayıb.
 
AzVision.az bildirir ki, bu barədə "Bloomberg” Fonddakı etibarlı mənbələrinə istinadən məlumat yayıb. Qeyd olunur ki, bundan əvvəl Səudiyyə Ərəbistanın Dövlət İnvestisiya Fondunun şirkətdə sahib olduğu səhm paketinin artırlıması barədə "Tesla”nın təsisçisi İlon Maskla apardığı danışıqlar uğursuz olub. Çünki o, Fondun təklifindən imtina edib. Lakin indi "Tesla”nın səhmdarları Maskı məhkəməyə verdiyi bir zamanda Fond yaranmış vəziyyətdən istifadə etmək qərarına gəlib. 

Səudiyyənin Dövlət İnvestisiya Fondundan onu da bildiriblər ki, hələ "Tesla”ya konkret təkliflər verməyiblər. Amma danışıqlar davam edir. "Bloomberg” qeyd edir ki, danışıqlar müsbət yekunlaşsa Səudiyyə Ərəbistanı "Tesla”ya 82 milyard dollarlıq investisiya qoyacaq və bununla da, şirkətdəki 5 faizlik payını əhəmiyyətli dərəcədə artıracaq. 

O da vurğulanır ki, Fond "Tesla”da səhmlərini artırmaqda qərarlıdır və bu işə strateji məsələ kimi yanaşır. Çünki dünyanın ən iri neft istehsalçısı olan Səudiyyə ölkə iqtisadiyyatının neftdən asılılığını azaltmağa və dövlət gəlirlərinin diversifikasiyasına çalışır. 

Qed edək ki, elektrotexnika və fizika üzrə tanınmış alim Nikola Teslanın şərəfinə adlandırılan Amerikanın "Tesla” şirkəti elektromobillərin (elektrik enerjisi ilə işləyən avtomobillər) istehsalı və günəş enerjisi üzrə ixtisaslaşıb. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol