• $
  • €
  • ₽
  • ₺
  • £

Diktatorun istifadəsiz qalan bunkeri

Diktatorun istifadəsiz qalan bunkeri
06.11.2014 23:33

Böyük Vətən Müharibəsi illərində bir çox hökumət nümayəndələri, o cümlədən iyirmidən artıq diplomatik nümayəndəliklər öz fəaliyyətlərini ehtiyat paytaxt şəhəri kimi nəzərdə tutulmuş Kuybışevdə (indiki Samara) davam etdiriblər. Müharibənin gedişindən asılı olaraq zərurət olduğu halda Dövlət Müdafiə Komitəsinin sədri İosif Stalinin də ölkəni və müharibəni Kuybışevdən idarə edəcəyini nəzərə alaraq, şəhərdə onun üçün də kiçik bir şəhərciyi xatırladan sığınacaq tikiblər.

ANN.Az Modern.az-a istinadən verdiyi məlumata görə Stalinin Kuybışevdəki bunkeri doqquz ay müddətinə tikilib. Bu məqsədlə Moskvadan Kuybışevə 600 nəfər mütəxəssis ezam olunub, onların tabeliyində isə minlərlə fəhlə çılışıb. Tikinti sutkanın 24 saat ərzində iki növbədə aparılıb. Bunkerin tikintisi zamanı yerin altından 25 min kubmetr torpaq çıxarılıb, 5 min kubmetrdən artıq isə beton tökülüb.

Bu sığınacaq həmin dövr üçün dünyada ən təhlükəsiz bunker sayılıb. Bunkerin dərinliyi 37 metrə çatıb. Sığınacağın son aşağı həddindən hesablandıqda ümumi hündürlüyü 12 mərtəbəli binaya bərabər olub. Bunker iki tonluq aviasiya bombasına davamlı tikilib.

Müqayisəli şəkildə nəzər yetirsək, həmin dövrdə tikilmiş Çörçilin yeraltı bunkeri iki mərtəbə hündürlüyündə, Amerika Birləşmiş Ştatlarının prezidenti Ruzveltin sığınacağı da eyni dərinlikdə, daha təhlükəsizlik sığınacaq sayılan Hitlerin bunkerinin dərinliyi isə 16 metrə çatıb.

Bunkerdə İosif Stalinin iş otağı 37 metr dərinlikdə, yeraltı 12-ci mərtəbədə yerləşib.

Sığınacaqda bütün lazımi avadanlıqlar, təbii havanın təmin olunması, enerji, istilik, su təminatını həyata keçirəcək qurğular quraşdırılıb və xüsusi mühafizə sistemi yaradılıb.

Bunkerin sonuncu mərtəbəsində Kremldə olduğu kimi 15 nəfərlik, yaşıl örtüklü stol qoyulmuş müşavirə zalı hazırlanıb. Bundan başqa, sığınacaqda Stalinin istifadəsi üçün istirahət, yataq, yemək otaqları, kiçik ziyafətlər üçün zal, hamam və tualet də tikilib.

Rəsmi məlumatlara görə, İosif Stalin bir gün də olsun Kuybışevdəki sığınacağında sığınmayıb.

Moskva ətrafında döyüşlərin getdiyi ərəfədə Dövlət Müdafiə Komitəsi Stalinin Kuybıçevə getməsi ilə bağlı qərar çıxarıb. Onun üçün xüsisi qatar hazırlanıb. Kalançevkada dayanan qatarla Kuybışevə digər dövlət və hökumət nümayəndələrinin getməyi də nəzərdə tutulub. Stalin qatar stansiyasına gəlib, bir az gəzişdikdən sonra onun üçün hazırlanmış xüsusi vaqona yaxınlaşıb. Bir neçə dəqiqə vaqonun qarşısında dayandıqdan sonra qəfil geri çevrilib, çevik addımlarla maşınına doğru addımlayıb, avtomobilə əyləşərək sürcüsünə Kremlə sürməyi əmr edib.

Beləliklə, o Kuybışevə getməkdən imtina edərək cəbhəyanı paytaxtda qalmağa üstünlük verib. Bununla da ən sıravi sovet əsgərindən tutmuş yüksək çinli məmurlara qədər hamıya çatdırıb ki, mən öz yerimdəyəm, Moskvanı tərk etməmişəm.

Digər araşdırmaçıların fikrinə görə, Stalin gizli şəkildə bir necə dəfə Kuybışevə səfər edib. Bu səfərlərin məqsədi Kuybışevdəki bunkerdə sığınmaq yox, müvəqqəti olaraq həmin şəhərdə yaşayan sevimli qızı Svetlanaya baş çəkmək olub.

Hazırda bu əzəmətli yeraltı saray muzey kimi saxlanılır. Elə adı da “Stalinin bunkeri” adlanır. Sığınacaqda heç nə dəyişdirilməyib. Müharibə dövründə necə olubsa elə də saxlanılır. Dəyişən isə yeni müharibələr və bu müharibələrə rəvac verən yeni siyasi liderlərdir. 

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol