• $
  • €
  • ₽
  • ₺
  • £

Məşuqəsi baş naziri necə əldə etməsindən danışdı

Məşuqəsi baş naziri necə əldə etməsindən danışdı
06.11.2014 14:37
İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin sevgilisi Françeska Paskalın əlaqələrinin necə başladığı və gündəlik həyatları bir kitabda cəmlənəcək.
ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı Paskal Berluskoninin əvvəlcə aralarındakı 50 illik yaş fərqinə görə tərəddüd etdiyini, ancaq özünün "Mən sənə aşiqəm, sən də mənə aşiq olacaqsan" deməsini xatırladıb.
"Ona aşiq oldum. Yavaş-yavaş "İrəli, İtaliya"ya (Berluskoninin partiyası) yaxınlaşmağa başladım. 5 oktyabr 2006-cı ildə saat 13:50-də böyük an gəlmişdi. "Silvio sənin üçün darıxırıq" adlı qrupdan dörd dəli qızla birlikdə Romada idik. Berluskoninin "Duke Otel"də bir konfransı olduğunu öyrəndik. Dərhal oraya getdik və sonra Berluskoni gəldi. Həqiqətən çox cəlbedici idi. "Liderim, yaraşıqlım dedim. O da gülümsədi və "necəsən" deyə soruşdu. Bir kağıza yazdığım telefon nömrəmi verdim və zəngini  gözləyirəm dedim. O da mənə "çox sürətlisən" dedi. Bir neçə gün sonra gecə yarısı telefonuma zəng gəldi. Əvvəl bunun bir zarafat olduğunu sandım. Sonra iki saat boyunca telefonda danışdıq".
Berluskoninin 16 dekabr 2012-ci ildə bir televiziya proqramında əlaqələri haqda açıqlama verdiyini xatırladan Paskal "O zamandan bəri həmişə yanındayam" dedi.
Paskal Berluskoninin şəxsi həyatında "çox şəfqətli, əyləncəli və əsla yorulmayan" biri olduğunu da deyib: "Berluskoniyə evdə "Sevgilim" yaxud "B" deyə müraciət edirəm. Çöldə isə "Rəhbərim" deyə xitab edirəm".
"Baş nazirin ətrafını əhatə edən qadınların demək olar ki, hamısıyla tanış oldum və hamısını da qısqanırdım. Hələ də qısqancam, bir mağazadakı satış müdiri onunla fotoşəkil çəkdirmək istəsə belə qısqanıram. Bu mövzuda siciliyalılardan betərəm", Paskal bildirib
ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol