• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident xəstəxanada növbə gözlədi - FOTO

Prezident xəstəxanada növbə gözlədi - FOTO
29.05.2020 01:51
Uruqvay prezidenti Xose Muxikanın dövlət xəstəxanasında adi vətəndaş kimi növbə gözlədiyi foto sosial şəbəkədə gündəm yaradıb.ANN.Az DHA-ya istinadən xəbər verir ki, Uruqvayın dövlət başçısı, eyni zamanda "dünyanın ən kasıb prezidenti" kimi tanınan Xose Muxikanın xəstəxanada adi vətəndaşlarla birgə həkimin növbəsinə yazılaraq gözləmə skamyasında oturması fotosu yayılıb.

Fotonun özəlliyi həm də ondadır ki, xüsusi xəstəxanaya getmək əvəzinə dövlət xəstəxanasını seçən dövlət başçısı Xose Muxika bu foto çəkilərkən xəbərsiz olub və onun oturuş tərzi heç də dövlət başçısının oturuşuna bənzəməyib.Əslində, uruqvaylılar öz dövlət başçıları ilə qürur duyurlar və sosial şəbəkələrdə paylaşılan fotoya belə şəhrlər verilib: "Kiminsə dövlət başçısı xüsusi xəstəxanalar açıb onun reklamını edirlər, kimisi də isə bizim prezidentimiz kimi heç kimə xəbər vermədən xəstəxanaya gedib növbə gözləyir".Onu da qeyd edək ki, oktyabrın 26-da bu ölkədə prezident seçkisi keçirilib. Konstitusiyaya əsasən növbəti dəfə namizədliyini verə bilməyən Xose Muxika 1 mart 2015-ci ildə yeni seçiləcək prezidentə postunu təhvil verəcək.Seçkinin favoriti kimi iqtidar partiyasından olan namizəd "Frente Amplio"nun ("Böyük Cəbhə") namizədi, keçmiş baş naziri Tabare Varquez hesab olunur.2010-cü ildən ölkənin prezidenti olan Xose Muxika 1960-1980-ci illərdə diktatura əleyhinə silahlı mübarizədə iştirak edib. O, "Tupamaros" partizan qrupunun (rəsmi adı "Milli Azadlıq Hərəkatı") üzvü olub və terror aktları, bank soyğunları, girov götürülməsi də daxil olmaqla müxtəlif qarşıdurma üsullarından istifadə edib. Xose Muxika bir neçə dəfə yaralanıb, işgəncələrə məruz qalıb və təxminən 15 il məhkum həyatı yaşayıb. Onun döyüş dostu Lusiya Topolanski də həbsxanadan keçib. Onlar 2005-ci ildə rəsmən evləniblər."Dünyanın ən kasıb prezidenti" haqqında maraqlı faktlar:Xose prezident olmasına baxmayaraq yalnız 2010-cu ildә maşın sahibi olub. Bu 1987-ci il istehsallı, qiymәti 1810 dollarlıq "Wolksvagen"dir.

Prezident boş vaxtını ən sadiq dostu - üç-ayaqlı iti Manuela ilə keçirir.

"Ola bilər ki, mən eksentrik qoca kişi kimi görünürəm, amma imkan verin özümü ifadə edim" - o, özü haqqında belə deyir.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol