• $
  • €
  • ₽
  • ₺
  • £

Qadın sürücülərə sərt cəza veriləcək - XƏBƏRDARLIQ

Qadın sürücülərə sərt cəza veriləcək - XƏBƏRDARLIQ
24.10.2014 15:15
Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi avtomobil sürmə kampaniyasında kütləvi şəkildə iştirak edən qadınlara ağır cəza veriləcəyi barədə xəbərdarlıq edib. 
ANN.Az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin fəal qadınları oktyabrın 26-da kütləvi avtomobil sürmə kampaniyasının keçirilməsi üçün sosial şəbəkələrdə  elan yerləşdiriblər. Aksiyanın keçirilməsinə səbəb 1990-cı ildən bəri ölkədə tətbiq edilən qadınlara avtomobil sürmək qadağasına qarşı çıxmaqdır. Həmin il ölkənin Ali Dini Şurası qadınların avtomobil sürməsinin zərərli ola biləcəyi səbəbiylə fətva vermişdi.
Aktiv qadınlar belə aksiyaların təşkil olunması ilə ölkədə qadın və kişi bərabərliyinə çağırış etmək niyyətindədirlər. 
Daxili İşlər Nazirliyinin sözçüsü Mənsur Türki adından yayılmış yazılı açıqlamada deyilir: "Cəmiyyəti ayrı-seçkilikdə günahlandıran və separatizm toxumları əkən, ixtişaşlar yaradan adamlara qarşı qanunlar sərt şəkildə tətbiq olunacaq". 
"Ölkədəki asayişi pozmağa yönəlik  çağırışlara" uyanların şiddətlə cəzalandırılacağı xəbərdarlığını edən Türki ötən il eyni halın baş verdiyini və aksiyaya qatılanların sərt şəkildə cəzalandırıldığını xatırladıb.
Ərəb qadınları 1990-cı ildən bu günə kimi tez-tez kütləvi surətdə sükan başına keçərək ölkə rəhbərliyinin qadağanlarına meydan oxuyur. 
ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol