• $
  • €
  • ₽
  • ₺
  • £

İŞİD-in gündəlik neft gəliri açıqlandı

İŞİD-in gündəlik neft gəliri açıqlandı
24.10.2014 09:53
ABŞ Maliyyə Nazirliyi müşaviri Devid Cohen, İŞİD-in Suriya və İraqda ələ keçirdiyi zavodlarda neft satışından gündə 1 milyon dollar gəlir əldə etdiyini bildirib. ANS PRESS-in məlumatına görə, Cohen neft qaçaqçılığının yeni bir şey olmadığını ancaq bu vəziyyətin neftin terrorçu bir təşkilat tərəfindən satıldığı üçün keçmişdəkilərdən fərqli olduğunu vurğuladı. İŞİD ilə neft alveri edən hər bir adamın terrorçu qruplaşmaya maliyyə dəstəyi etmiş olduğunu bildirən Devid Cohen "Keçmişdə neftin haradan gəldiyi görməməzlikdən gəlinirdi, amma indi vəziyyət elə deyil. Qaçaq neftə pul verənlər İŞİD-i bəsləmiş olur" dedi. Ağ Evdə İŞİD-ə pul axışı mövzusunda jurnalistlərin suallarını cavablayan Cohen, terror təşkilatının Suriya və İraqdakı zavodları təmin neftin satışından milyonlarla dollar gəlir əldə etdiyini ifadə etdi. IŞİD ilə mübarizənin hərbi yolların yanında maliyyə axınının tıxanması ilə müvəffəqiyyətə çatmağın mümkünlüyünü deyən Cohen, İŞİD-in beynəlxalq maliyyə sektoruna girməsinin maneə törədilməsinin əhəmiyyətini vurğuladı. Neft gəlirlərindən əlavə İŞİD-in İraq və Suriyada ələ keçirdiyi banklar vasitəsilə beynəlxalq maliyyə sektoruna sızmağa çalışdığını qeyd edən Cohen, qruplaşmanın ən yaxşı maliyyələşdirilən terrorist təşkilatlardan biri olduğunu bildirib.İŞİD-in diqqətə çarpan maliyyə qaynaqlarından birinin də qaçırdığı insanlara ödənilən fidyə olduğunu vurğulayan Cohen, fidyə ödənişinin daha çox insan qaçırma nəticəsinə gətirib çıxardığını ifadə etdi. Cohen "IŞİD bu il fidyələrdən ən az 20 milyon dollar qazanıb. ABŞ-ın terror təşkilatlarına fidyə ödəməmək mövzusundakı qəti qərarı, heç də ürəksizliyindən deyil, fidyə ödəyərək daha çox Amerikalıların girov alınmasının qarçısını almaq üçündür" deyə Cohen bildirib.Cohen digər ölkələri də İŞİD-ə fidyə ödəməməyə çağırıb.İŞİD-in ələ keçirdiyi yerlərdə yaşayanlara ictimai xidməti təqdim etmə cəhdləri olduğunu izah edən Cohen, terror təşkilatının özünü əsl dövlət kimi göstərmə səyində olduğuna diqqət çəkib.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol