Malidə ilk Ebola virusuna yoluxma faktı

Malidə ilk Ebola virusuna yoluxma faktı qeydə alınıb. APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ölkənin səhiyyə naziri Usman Kone bəyan edib. Onun sözlərinə görə, sözügedən virus Maliyə Qvineyadan gətirilən 2 yaşlı qızda aşkarlanıb. Beləliklə, Mali Ebola virusu qeydə alınan 6-cı Afrika ölkəsi olub. Son məlumatlara görə, İndiyədək Ebola virusundan ölənlərin sayı 4 877 nəfərə çatıb.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib























