• $
  • €
  • ₽
  • ₺
  • £

Bu ölkənin virtual vətəndaşları olacaq

Bu ölkənin virtual vətəndaşları olacaq
10.10.2014 20:08
Estoniya Respublikası dünyanın “elektron vətəndaşlıq” verən ilk ölkəsi olacaq. Belə ki, 50 avro (63 dollar) ödəməklə Estoniyanın virtual vətəndaşları ölkədə göstərilən rəqəmli xidmətlərdən istifadə etmək, eləcə də elektron sənədləri imzalamaq imkanı əldə edəcəklər."International Business Times” nəşrinin məlumatına görə, bura onlayn bank, təhsil və səhiyyə xidmətləri daxildir. Avropa İttifaqında Estoniya virtual vətəndaşlarının elektron imzaları əl imzaları kimi qanuni hesab ediləcək. Estoniya virtual vətəndaşlığı iş adamlarına və ölkədə bizneslə məşğul olmaq arzusunda olan, lakin yaşayış yerini dəyişmədən Estoniya vətəndaşlığını almaq istəyən insanlara verəcək. Bu addım hökumət və ölkənin informasiya-kommunikasiya sənayesi arasında əməkdaşlıq nəticəsində yaranan “elektron təşəbbüs” proqramının tərkib hissəsidir. Təşəbbüs Estoniyanı dünyanın ən qabaqcıl ölkələrindən biri etmək məqsədi daşıyır. Bununla belə, Estoniya hökuməti bəyan edir ki, virtual vətəndaşlıq ölkənin rəsmi vətəndaşlığının alınmasına zəmanət vermir. Virtual vətəndaşlığı almaq üçün şəxsən Estoniya Sərhəd Xidmətinə gələrək ərizə ilə müraciət etmək tələb olunur. Məsələ ilə bağlı qərar iki həftə ərzində veriləcək və bundan sonra Sərhəd Xidmətinə bir daha gələrək elektron kartı almaq lazım olacaq. Virtual vətəndaşlıq kartı adi identifikasiya (şəxsiyyət vəsiqəsi) kartı deyil. Sənədin üzərində kart sahibinin fotoşəkli olmur. Fotoşəkli quraşdırılmış təhlükəsizlik sertifikatı və ikifaktorlu autentifikasiya mikroçipi əvəz edir. Estoniya hökumətinin məlumatına görə, bu, kartdan xüsusi quraşdırılmış proqram və kompüterə “USB” ilə qoşulan oxu qurğusu vasitəsilə istifadə etməyə imkan verir.   Ölkə virtual vətəndaşlıq kartlarını cari ilin sonunadək buraxmağa başlamağı planlaşdırır. 15 yaşı tamam olan bütün Estoniya vətəndaşları identifikasiya kartlarına malikdir. Estoniya xəstəxanaları elektron tibbi sığorta və doğum haqqında elektron şəhadətnamələr verir. Bundan başqa, ölkədə identifikasiya kartlarının (ID kart) verildiyi on il ərzində təhlükəsizlik sisteminin pozulması ilə bağlı hal qeydə alınmayıb, - “Vesti” yazır.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol