• $
  • €
  • ₽
  • ₺
  • £

Ən nüfuzlu “qanuni oğru” azadlığa çıxır - FOTO

Ən nüfuzlu “qanuni oğru” azadlığa çıxır - FOTO
02.04.2019 12:25
Kriminal aləmin ən nüfuzlu "qanuni oğru”su, "Taro” ləqəbli” Tariel Muluhov (Oniani)  aprelin 9-da azadlığa çıxacaq.

"Qafqazinfo”nun "Rosbalt” agentliyinə istinadən verdiyi xəbərə görə, 2010-cu ilin iyulunda Moskvanın Xamovniçeski məhkəməsi 61 yaşlı Onianini insan oğurluğu və dələduzluqda təqsirli bilərək 10 il müddətinə azadlıqdan məhrum edib. "Taro” 2019-cu ilin iyununda azadlığa çıxmalı idi. Lakin hələ 2017-ci ildə "qanuni oğru” məhkəmə yolu ilə cəzasını 9 il 10 ay müddətinə azaltmağa nail ola bilib. 

Nəşrin məlumatına görə, Federal Penitensiar Xidmət (FSİN) məhkəməyə müraciət edərək  kriminal avtoritet azadlığa çıxandan sonra onun üzərində inzibati nəzarət qoyulmasını, eləcə də iki aydan bir yaşayış yeri üzrə daxili işlər orqanlarında qeydiyyatdan keçmək və saat 22:00-dan səhər saat 06:00 qədər evdən kənara çıxmamaq öhdəliyi qoyulmasını tələb edib.

FSİN isə bildirib ki, "Taro” həbs müddətində qaydaları 253 dəfə pozub. Buna görə, onu 2 dəfə karserə salıblar, 8 dəfə izolyator ilə cəzalandırıblar.

Nəşr qeyd edir ki, gürcü əsilli Oniani sərbəst buraxıldıqdan sonra oğru dünyasında birinci yer uğrunda mübarizə başlayacaq. 

O, İspaniya hüquq-mühafizə orqanları tərəfindən "pul yuyulması”na və cinayətkar qruplaşma yaratmağa görə axtarışa verilib. Mənbələr şübhə edirlər ki, "qanuni oğru” ispan ədalətinin əlinə düşə bilər. Onar güman edirlər ki, Oniani Gürcüstana deportasiya oluna bilər. O isə böyük ehtimalla oradan Türkiyəyə keçəcək.
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol