• $
  • €
  • ₽
  • ₺
  • £

Koçaryanın xeyrinə qərar çıxarıldı

Koçaryanın xeyrinə qərar çıxarıldı
07.05.2019 20:30
Ermənistanın Konstitusiya Məhkəməsi dəmir barmaqlıqlar arxasında olan keçmiş prezident Robert Koçaryanın xeyrinə qərar çıxarıb.


"RİA Novosti”nin məlumatına görə, bu barədə keçmiş erməni liderin vəkillərinin mətbuat xidməti məlumat yayıb.


"Konstitusiya Məhkəməsinin qərarına əsasən, kassasiya məhkəməsi həbs olunma ilə bağlı şikayəti yenidən baxması üçün aşağı instansiya məhkəməsinə yönləndirə bilməz, yekun qərarı kassasiya məhkəməsi çıxarmalıdır”, - deyə vəkillər "Facebook”da yazıblar.


Konstitusiya Məhkəməsi qət edib ki, yeni ortaya çıxan hallarla əlaqədar məhkəmə aktına yenidən baxılmalıdır.


Xatırladaq ki, Ermənistanın xüsusi istintaq xidməti 1 mart 2008-ci ildə keçirilmiş aksiyanın dağıdılması ilə bağlı cinayət işi üzrə iyulun 26-da (2018) keçmiş prezidentə qarşı rəsmi ittiham irəli sürüb. O, iki ay müddətinə həbs olunub.


Koçaryanın müdafiə qrupu həbs qərarı barədə Apellyasiya Məhkəməsinə şikayət edib. Apellyasiya Məhkəməsi keçmiş prezidentin toxunulmazlıq hüququnu əsas gətirərək, aşağı instansiya məhkəməsinin qərarını ləğv etsə də, sonradan kassasiya məhkəməsi işə yenidən baxılması üçün onu aşağı instansiya məhkəməsinə yönləndirmişdi.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol