• $
  • €
  • ₽
  • ₺
  • £

Putinin separatçılara müraciəti: Tam mətn

Putinin separatçılara müraciəti: Tam mətn
29.08.2014 11:20

Vladimir Putin seporatçıları ukraynalı hərbiçiləri mühasirədən çıxarmağa çağırdı

Rusiya prezidenti Vladimir Putin Donbas yaraqlılarına müraciət edərək, humanitar dəhliz açmağa və ukraynalı hərbiçiləri mühasirədən çıxarmağa çağırıb. 

ANS PRESS-in məlumatına görə, bu barədə cümə günü yayılan, Putinin Rusiya yönümlü yaraqlılara müraciətində deyilir.

Putinin müraciətinin tam mətnini təqdim edirik: 

“Aydındır ki, müqavimət qüvvələri Donbas əhalisi üçün ölümcül təhlükə sayılan və artıq dinc əhali arasında çoxlu qurbanlara səbəb olan, Kiyevin güc təzyiqinə qarşı ciddi uğurlar əldə edib. Müqavimət qüvvələrinin fəaliyyəti nəticəsində hərbi əməliyyatlarda öz istəkləri ilə yox, əmr icra edərək iştrak edən çox sayda Ukrayna hərbiçiləri mühasirədə qalıblar. Mən müqavimət qüvvələrini mühasirədə qalan ukraynalı hərbiçilər üçün humanitar dəhliz açmağa çağırıram. Mənasız itkilərdən qaçmaq üçün onlara müharibə bölgəsindən maneəsiz çıxmağa şərait yaradılmalıdır ki, onlar da öz ailələri ilə görüşsünlər, onlar da yoldaşlarına, uşaqlarına analarına qayıtsın, dərhal hərbi əməliyyatlar zamanı yaralananlara tibbi kömək göstərilsin. Rusiya tərəfi öz növbəsində humanitar fəlakət yaşayan Donbas əhalisinə humanitar yardım göstərməyə hazırdır və bu belə davam edəcək. Mən bir daha Ukrayna hakimiyyətini təcili olaraq hərbi fəaliyyətdən əl çəkməyə, atəşi saxlamağa, Donbas nümayəndələri ilə danışıqlar masasına oturmağa və yaranmş bütün problemləri yalnız sülh yolu həll etməyə çağırıram”.

Qeyd edək ki, Ukrayna, Aİ və ABŞ rəsmilərinin Rusiyanın Donbas münaqişəsində iştrak etdiyinə aid iddialarını Putin qəti surətdə təkzib edir.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol