• $
  • €
  • ₽
  • ₺
  • £

Qəzzada “Şərtsiz atəşkəs“ elan olundu

Qəzzada “Şərtsiz atəşkəs“ elan olundu
05.08.2014 10:57
İsrail və Fələstin qruplaşmaları, o cümlədən Hamas Misirin Qəzza sektorunda humanitar məqsədlə atəşin dayandırılmasını nəzərdə tutan planını qəbul etməyə razılaşıblar.AzNews.az BBC-yə istinadən xəbər verir ki, atəşin dayandırılması haqda razılıq çərşənbə axşamı yerli vaxtla saat 08:00-da qüvvəyə minib.Bazar ertəsi İsrail birtərəfli qaydada yeddi saatlıq atəşkəs elan etsə də, sonradan döyüş əməliyyatlarını bərpa edib.Tərəflər bundan əvvəl atəşin dayandırılması haqda dəfələrlə elanlar versə də, bu razılaşmalar hər dəfə pozulub."Şərtsiz atəşkəs"Ən son atəşin dayandırılması məsələsi Qahirədə İsrailin iştirakı olmadan müxtəlif Fələstin qruplaşmaları ilə müzakirə olunub.Sonra İsrailin təmsilçisi BBC-yə deyib ki, "İsrail Misirin təklif etdiyi şərtsiz 72 saatlıq atəşin dayandırılması haqda layihəni qəbul etməyə razıdır".Eyni sözləri Qəzzada hakimiyyəti əlində saxlayan Hamas qruplaşmasının nümayəndəsi də bəyan edib.Misir, əvvəl də atəşin dayandırılması üçün oxşar razılaşma təklif edib, bu təklif İsrail tərəfindən qəbul olunsa da, Hamas təklifi rədd edib.Yeni razılaşma, həm də tərəflərin Qahirədə yeni danışıqlıqlarını nəzərdə tutur.Fələstinlilərin əsas tələbləri olduğu kimi qalır- İsrail qüvvələrinin Qəzzadan tam çıxması, sektorun mühasirəsinin dayandırılması və sərhəddə keçid-yoxlama məntəqələrinin açılması.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol