• $
  • €
  • ₽
  • ₺
  • £

“Erməni xalqı ayağa qalxıb”

“Erməni xalqı ayağa qalxıb”
05.08.2014 03:40

"Hökumət vəziyyəti gərginləşdirməklə əhalinin diqqətini yayındırır"

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, Dövlət Komitəsinin sədri, Baş nazirin müavini Əli Həsənov Yaponiyanın "TV Tokio" telekanalına müsahibə verib.

Müsahibədə Ə.Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi və ölkəmizdəki qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında məlumat verib. Baş nazirin müavini bildirib ki, son 200 il ərzində Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülmə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar:

"Ermənistan dövləti Azərbaycanın tarixi torpaqları hesabına yaradılıb. Qədim Azərbaycan şəhərlərindən olan İrəvan hazırda Ermənistan dövlətinin paytaxtıdır".

Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinə toxunan Baş nazirin müavini münaqişə nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunduğunu, bir milyon iki yüz min soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini, milli-mədəni sərvətlərimizin talan edildiyini, bütün infrastrukturun dağıdıldığını diqqətə çatdırıb.

Komitə sədri vurğulayıb ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında dörd qətnamə qəbul olunub:

"Ermənistanın təcavüzkar siyasəti Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərar və qətnamələrdə pislənilib. Təəssüf ki, bu qərar və qətnamələr hələ də icra olunmayıb. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 20 ildən artıqdır davam edən danışıqlar prosesi hələ də heç bir nəticə verməyib".

Ə.Həsənov deyib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı dəstələri və keçmiş SSRİ-nin Xankəndidə yerləşən, o dövrün müasir döyüş silahları ilə silahlanan 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı cinayətini həyata keçirib. Nəticədə 613 dinc sakin amansızlıqla öldürülüb. O qeyd edib ki, artıq dünyanın bir sıra dövlətləri bu faciəni soyqırımı kimi tanıyır.

Komitə sədri bildirib ki, Ermənistanın silahlı qüvvələri son günlər fəallaşaraq qoşunların təmas xəttində vəziyyəti gərginləşdirmək istəyir. Bir neçə dəfə erməni kəşfiyyat qrupları Silahlı Qüvvələrimizin mövqelərinə basqınlar edib:

"Bunun səbəbi odur ki, hakimiyyət son 20 ildə ölkədə heç bir iş görməyib, artıq erməni xalqı ayağa qalxıb. Ermənistan hökuməti cəbhədəki vəziyyəti gərginləşdirməklə əhalinin diqqətini ölkədəki problemlərdən yayındırmaq istəyir".

Yaponiya-Azərbaycan əlaqələrindən də danışan Baş nazirin müavini iki ölkə arasında yaxşı münasibətlərin olduğunu, qarşılıqlı səfərlərin bu münasibətlərin inkişafında xüsusi rol oynadığını bildirib. Yaponiyanın bir sıra humanitar təşkilatlarının Azərbaycanda uğurlu layihələr həyata keçirdiyini deyən Ə.Həsənov bu ölkənin "Fuji Optical" şirkətinin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. 

Komitə sədri qeyd edib ki, bu şirkət 19 minə yaxın görmə qabiliyyəti zəif olan azərbaycanlı məcburi köçkünü eynəklərlə təmin edib.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol