• $
  • €
  • ₽
  • ₺
  • £

Lukaşenkoya qarşı “həddini aşan” səfir istefa verdi

Lukaşenkoya qarşı “həddini aşan” səfir istefa verdi
18.08.2020 22:00
Belarusun Slovakiyadakı səfiri İqor Leşenya ölkədə kütləvi etirazların fonunda istefa verib. 

Unikal.org xəbər verir ki, bu barədə o "TUT.BY” nəşrinə bildirib.

Onun sözlərinə görə, bəyanatında göstərdiyi vətəndaş mövqeyini  Belarus XİN "həddini aşmaq” kimi dəyərləndirib.
"Mən istefa vermişəm. Bu məntiqli addımdır. Çünki səfir kimi mən cari prezident tərəfindən təyin olunmuşam və onun siyasətini yürütməliyəm”, - deyə Leşenya bildirib.

Belarus XİN-də isə qeyd edilib ki, istefa barəsində qərar dövlət başçısı Aleksandr Lukaşenko tərəfindən verilməlidir.

Xatırladaq ki, avqustun 16-da Belarusun Slovakiyadakı səfiri, prezidentin sabiq köməkçisi İqor Leşenya prezident seçkilərindən sonra dinc etiraz aksiyaları keçirən vətəndaşları dəstəkləyən ilk siyasətçi oldu.

"Bütün belaruslar kimi mən də həmvətənlərimin işgəncələrə uğraması və döyülmələrilə bağlı yazılanlardan şok oldum”, - deyə diplomat bildirmişdi.
Leşenya qeyd etmişdi ki, səslərinin eşidilmələri üçün Belarus şəhərlərinə dinc aksiyalarla çıxanlarla həmrəydir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol