• $
  • €
  • ₽
  • ₺
  • £

İrəvanda erməni diversantların komandiri həbs edildi

İrəvanda erməni diversantların komandiri həbs edildi
09.11.2021 19:53
İrəvanın Baş Yurisdiksiya Məhkəməsi prokurorluğun vəsatətini təmin edərək 2020-ci ilin dekabrında xidməti səlahiyyətlərini yerinə yetirməməkdə təqsirləndirilən batalyon komandiri C.M-nı həbs edib.

"Qafqazinfo” erməni mediasına istinadən xəbər verir ki, istintaqın versiyasına görə, təqsirləndirilən şəxsə şəxsi heyət və Xocavəndin Köhnə Tağlar kəndi yaxınlığındakı 12 döyüş mövqeyinin müdafiəsi həvalə edilib. Ancaq 11-12 dekabr 2020-ci ildə gedən hərbi əməliyyatlar zamanı bütün bu mövqelər Azərbaycan Ordusunun nəzarətinə keçib. Nəticədə 11 nəfər mühasirədə qalıb, onlardan 9-u öldürülüb, 2-si əsir alınıb. 

Bir neçə ay sonra komandirə qarşı cinayət işi açılıb. İstintaq onun həbsi ilə bağlı bu ilin aprelində vəsatət qaldırsa da, məhkəmə rədd edib. Prokurorluq qərardan Apellyasiya Məhkəməsinə şikayət verib. Öz növbəsində Apellyasiya Məhkəməsi işi yenidən birinci instansiya məhkəməsinə göndərib. Noyabrın 8-də məhkəmə vəsatəti təmin edib.

Qeyd edək ki, sentyabrda analoji ittihamla daha bir zabit – polkovnik-leytenant Arsen Kazaryan da həbs edilib.
Xatırladaq ki, 10 noyabr üçtərəfli bəyanatının imzalanmasından sonra Ermənistandan bir qrup diversant Köhnə Tağlar və Çaylaqqala kəndləri ətrafına göndərilərək müdafiə mövqeyi yaradıblar. Nəticədə Azərbaycan ordusu həmin kəndləri erməni diversantlardan təmizləyib və 60-dan çox erməni hərbçi saxlanılıb. Onlar barəsində cinayət işi açılıb. Bir qismi isə mina xəritələri əvəzində Ermənistana qaytarılıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol