• $
  • €
  • ₽
  • ₺
  • £

Polşa sərhəddəki vəziyyətə görə Lukaşenkonu ittiham etdi

Polşa sərhəddəki vəziyyətə görə Lukaşenkonu ittiham etdi
09.11.2021 21:06
"Polşa-Belarus sərhədindəki miqrasiya böhranının arxasında Belarus prezidenti Aleksandr Lukaşenko dayanır”.

"Qafqazinfo” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Polşanın Baş naziri Mateuş Moravetski deyib. 

"Biz hamımız başa düşürük ki, on minlərlə insanı xüsusi olaraq Belarusa gətirən Aleksandr Lukaşenkodur, bu qrupları, miqrantları xüsusi və bəzən zorla köçürən Aleksandr Lukaşenkodur, bizdə belə məlumatlar var. Bu insanların öz ölkələrinə, aid olduqları yerə qayıtmasını təmin etmək üçün məsuliyyət daşıyan da Aleksandr Lukaşenkodur”, - deyə Moravetski bildirib. 

Bazar ertəsi Belarus Dövlət Sərhəd Komitəsi Şərq və Afrika ölkələrindən olan böyük bir miqrant qrupunun Belarusun Polşa ilə sərhədinə getdiyini bildirib. Qeyd edilib ki, respublikanın Polşa ilə sərhədində qaçqınlarla bağlı vəziyyət son dərəcə gərgin olaraq qalır: 2 mindən çox qaçqın, o cümlədən xeyli sayda qadın və uşaq sərhəddə Polşa maneələrinin qarşısında dayanıb, Polşa təhlükəsizlik qüvvələri onları buraxmır, miqrantlar maneələri aşmağa cəhd ediblər.
Bu yaxınlarda Litva, Latviya və Polşa Minski miqrasiya böhranı yaratmaqda ittiham edərək Belarusla sərhəddə saxlanılan qanunsuz miqrantların sayının artdığını bildiriblər. Minsk bütün ittihamları rədd edib. Yaranmış vəziyyətlə əlaqədar olaraq, Polşa prezidenti Belarusla həmsərhəd ərazilərdə fövqəladə vəziyyət elan edib, sərhədin mühafizəsinə ordu və polis cəlb edilib.
 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol