• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya inflyasiya dövrünə girir

Rusiya inflyasiya dövrünə girir
18.03.2022 16:26
Rusiya Mərkəzi Bankı fevralın sonunda kəskin qaldırdığı  faiz dərəcəsini  20% səviyyəs9ndə saxlayıb, inflyasiyanı artacağı və  yaxınlaşan iqtisadi böhran barədə xəbərdarlıq edib.

Mərkəzi Bankın İdarə Heyəti, Rusiya Ukrayna müharbəsi başlayandan  və Qərb Rusiyaya qarşı sanksiyalar tətbiqi nəticəsində  sonra rublunun məzənnəsi rekord həddə düşdükdən sonra  faiz dərəcəsini  fevralın 28-də 9,5%-dən 20%-ə qədər qaldırıb.  

Cümə günü Mrkəzi Bank verdiyi açıqlamada Rusiyanın "müvəqqəti, lakin qaçınılmaz artan inflyasiyanın dövrünə" girdiyini, iqtisadiyyatın pisləşməsindəki flaş göstəricilərin isə gələcək rüblərdə azalacağını deyib.

Mərkəzi Bank inflyasiyanı 2024-cü ildə 4%-ə  qaytarmağı hədəfləyərək bu il üçün iqtisadi proqnozlar verməyib.

Ötən həftə Mərkəzi Bankın sorğusuna qatılan iqtisadçılar 2022-ci ildə iqtisadiyyatın 8% azalmasını və inflyasiyanın 20%-ə çatacağını gözləyirdilər.
Rusiyada illik inflyasiya martın 11-nə 12,54%-ə çatıb ki, bu da 2015-ci ilin sonundan bəri ən yüksək göstəricidir. Rublun zəifləməsi Qərbin görünməmiş sanksiyaları fonunda qiymətlərin yüksəlməsinə səbəb olub.

Yüksək inflyasiya həyat standartlarını aşağı salır və illərdir ev təsərrüfatları arasında əsas narahatlıqlardan biri olub.

Daha yüksək faizlər kredit xərclərini və bank depozitlərinin cəlbediciliyini artırmaqla inflyasiyanın qarşısını almağa kömək edir.

Uçot dərəcəsi elan edildikdən sonra Rusiya rublunun məzənnəsi dollara nisbətdə  103 rubldan  104,35-rubla qədər ucuzlaşıb. 

Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina  brifinqdə Mərkəzi Bankın proqnozları və pul siyasəti planlarına daha çox aydınlıq gətirəcək.
 
Uçot dərəcəsi üzrə növbəti iclas  aprelin 29-na təyin edilib.

VTB Capital analitikləri mərkəzi bankın 2022-ci ilin ortalarına qədər faiz dərəcəsini dəyişməyəcəyini  ilin sonuna kimi isə 16%-ə endirəcəyini gözlədikllərini  bildiriblər.


Səkinəxanım Məmmədova

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol