• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya pandemiyalara hazır deyil

Dünya pandemiyalara hazır deyil
23.05.2022 17:44
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Dr. Tedros Adhanom Qebreyesus dünyanın epidemiyalara hazır olmadığını vurğulayıb. O, bunu  75-ci Ümumdünya Səhiyyə Assambleyasında çıxışında deyib. 
 
Qebreyesusun sözlərinə görə, ÜST "Qlobal Sağlamlıq Təminatı” planının genişləndirilməsini və səhiyyə xidmətlərinin 2023-cü ilə kimi 1 milyarda yaxın insanı əhatə edəcək səviyyəyə çatdırılması hədəflənir.
 
"Aydındır ki, dünya epidemiyalara hazır deyil. Buna görə də  UST-ə üzv olan dövlətlər arasında birgə bilik və texnologiya mübadiləsini artırmaq üçün keçən il Berlində "Səhiyyə Fövqəladə Nəzarət Bölməsi”ni yaratdıq. Bir təşkilat olaraq, üzv ölkələrin mövcud epidemiyaya, eləcə də gələcək epidemiyalara qarşı texniki, əməliyyat və maddi-texniki cəhətdən daha hazırlıqlı olması üçün səylərimizi davam etdirəcəyik”, – o bildirib.
 
Qebreyesusun fikrincə, "Qlobal sağlamlıq sığortası” planına 1 milyarda qədər və hətta daha çox insanın daxil edilməsi hədəflənsə də indiki vəziyyətdə bu real deyil.

Onun sözlərinə görə, "Qlobal Sağlamlıq Təminatı” planının dünyanın yeni epidemiyalara daha yaxşı hazır olması və daha çox insanın aşağı gəlirli ölkələrdə səhiyyə xidmətlərindən faydalanması üçün əhəmiyyətlidir.
 
Mayın 28-də keçiriləcək Ansambleyada ÜST-nın yeni direktoru da yenidən seçiləcək.
 
Cavanşir Qasımov

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol