• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə şəxs ailəsinə əsəbiləşib meşəni yandırdı

Türkiyədə şəxs ailəsinə əsəbiləşib meşəni yandırdı
24.06.2022 07:40
Türkiyənin Marmaris şəhərindəki meşəni yandırmaqda şübhəli bilinən bir nəfər saxlanılıb. Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Nazirin sözlərinə görə, saxlanılan şəxsin günahını etiraf etdiyini deyib. Günahlandırılan şəxs dindirilmə zamanı yanğını "ailəsindəki anlaşılmazlıq səbəbindən əsəbiləşərək” törətdiyini bildirib. 
 
İyunun 21-dən Türkiyənin Muğla əyalətinin Marmaris rayonunda meşə yanğınları davam edir.Muğlanın Marmaris rayonunda meydana gələn və 400 hektardan çox sahəni əhatə edən meşə yanğını ikinci gündə 5 ayrı istiqamətdə irəliləyir. 
Yanğının söndürülməsinə 45 helikopter, 14 təyyarə, 253 yanğınsöndürən maşın, 26 su tankeri, 2 604 meşə mühafizəsi xidmətinin əməkdaşı və müxtəlif təşkilatlara məxsus 598 texnika cəlb olunub.
 
Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib ki, Quru Qoşunlarına aid helikopterlerlə Marmarisdə davam edən yanğının söndürülməsinə dəstək verilir.
 
Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus "BE-200ÇS” amfibiya tipli təyyarə də Türkiyə Respublikasının Muğla bölgəsinin Dalaman Hava Limanına yola düşüb.
 
Türkiyənin meşə və kənd təsərrüfatı naziri Vahit Kirişci bildirib ki, havanın temperaturunun normadan yüksək olması və sərt külək yanğının canlanmasına səbəb olub.
 
Hər il yay aylarında Türkiyənin Aralıq dənizi və Ege regionlarında meşə yanğınları yaranır. Lakin 2021-ci ilin may ayı son 50 ilin ən istisi may idi və ölkə daxilində Türkiyədəki iqlim dəyişikliyindən qaynaqlandığı ehtimal edilən quraqlıq yaranmışdır.Bunun ardınca iyunun ortalarına qədər 1°C-dən aşağı olan müsbət temperatur anomaliyaları və bol yağıntı müşahidə edilsə də, bu, 26–27 iyun tarixlərində Kaş, Tarsus və Marmarisdə baş verən yanğınlara mane olmadı. İyulun ikinci yarısında daha güclü istilər müşahidə edilmiş, bəzi bölgələrdə 12° C -ə qədər müsbət temperatur anomaliyası yaranmış və mövsümi gündüz istiliyinin 27 °C (81 °F) civarında olduğu İstanbulun şimalında temperatur 36 °C (97 °F) olaraq qeyd edilmişdir.[21][22][23] Bundan başqa Türkiyənin cənub-şərqindəki Cizrə şəhərində havanın temperaturu 49 °C (120° F) civarında qeydə alınmışdır ki, bu da ölkə miqyasında son 60 il üçün ən yüksək temperaturdur. 

Ötən il  iyulun 28-dən avqustun 3-dək 38 bölgədə 163 yanğın çıxıb. Ölkənin Səhiyyə Nazirliyinin başçısı Fahrettin Koca bildirib ki, Türkiyədə meşə yanğınları zamanı ölənlərin sayı 8 nəfərə çatıb, zərərçəkənlərin sayı 860 nəfəri ötüb.

Ləman Qasımova


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Dünya 12:24
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
Dünya 10:58
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Dünya 09:39
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Dünya 09:32
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol