• $
  • €
  • ₽
  • ₺
  • £

"Instagram"da yaşı müəyyən edəcək YENİLİK

"Instagram"da yaşı müəyyən edəcək YENİLİK
24.06.2022 13:38
"Instagram" istifadəçilərin yaşını yoxlamaq üçün üç yeni funksiyanı sınaqdan keçirir. Bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, hazırda Meta şirkəti istifadəçilərin yaşını yoxlamaq üçün şəxsiyyətini təsdiq edən sənədlərin onlayn yükləmək seçimlərindən əlavə video-selfi funksiyasını yoxlayır.

"Instagram" istifadəçilərin məxfiliyini təmin etmək üçün yaşın onlayn yoxlanılması üzrə ixtisaslaşmış Yoti şirkəti ilə əməkdaşlıq edir. 

Yoti texnologiyası üz xüsusiyyətlərinə əsasən istifadəçinin yaşını təxmin edəcək. 
Digər funksiya insanların istifadəçinin yaşını təsdiqləmək üçün üç qarşılıqlı izləyici seçməsidir və zəmanət verən şəxsin yaşı 18-dən çox olmalıdır. Bu, qeydiyyat zamanı yetkinlik yaşına çatmayan uşaqların sosial şəbəkələrə qoşulmasına, tanımadıqları böyüklər ilə arzuolunmaz əlaqənin yaranmasına mane olacaq və reklamçıların onlarla əlaqə saxlamaq imkanlarını məhdudlaşdıracaq.
 
 Bu il aprelin 1-i tarixinə ölkə üzrə 4 220,7 min nəfər aktiv "Instagram" istifadəçisi qeydə alınıb ki, bu da ölkə əhalisinin 41%-ni təşkil edir. Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə isə istifadəçi sayı 17,5% və ya 628,7 min nəfər artıb. İstifadəçilərin 58,9%-i kişilər, 41,1%-i isə qadınlardır. Ən böyük istifadəçi qrupu 25-34 yaş arası insanlardan (1 515,8 min) ibarət olub. Kişilər və qadınlar arasında ən böyük fərq 25-34 yaş arasında olan insanlar arasında müşahidə olunur ki, burada kişilər 899,7 min nəfərlə liderlik edir.
 
Ləman Qasımova


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol