“Instagram”da ilk

“Instagram” xidmətində Beynəlxalq Kosmik Stansiyanın profilində astronavt Stiven Svenson şelfi yerləşdirib. “Gizmodo” saytı yazır ki, bu şəkil xidmətin tarixində kosmosda çəkilmiş ilk fotodur. "Beynəlxalq Kosmik Stansiyaya qayıtdım, həyat çox gözəldir – kosmik kompleksin modulunda yer alan Svenson belə deyib. “ICTnews” elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, Beynəlxalq Kosmik Stansiya astronavtının selfisi Yer kürəsindən kənarda çəkilmiş birinci foto deyil. Ötən Milad bayramında NASA-nın 32-ci ekspedisiyasının bort mühəndisi Mayk Hopkins Beynəlxalq Kosmik Stansiyadan açıq kosmosa çıxaraq selfi janrında foto çəkib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib























