• $
  • €
  • ₽
  • ₺
  • £

Bzejinski Putinin məqsədlərini açıqladı

Bzejinski Putinin məqsədlərini açıqladı
21.03.2014 16:33
ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş köməkçisi Zbiqnev Bzejinski Vladimir Putinin SSRİ-nin bərpası barədə planlarından danışıb.Bzejinski bu yolda Rusiya prezidentinin ilk şikarının məhz Ukrayna olduğunu açıqlayıb. MSNBC telekanalında çıxışı zamanı o, hazırda Rusiyaya qarşı tətbiq olunan sanksiyaları olduqca yumşaq təsirli tədbirlər adlandırıb: ”Məqsədinə çatmaq üçün Putin mümkün təzyiqlərdən istifadə edir. Onun məqsədi keçmiş Sovet İttifaqını başqa adla bərpa etməkdir. Fikirləşirdi ki, Yanukoviç kimi qulunun timsalında arzuladığına çatacaq. Lakin hadisələr əks istiqamətdə cərəyan etdi. Ukrayna xalqı öz sözünü dedi və Yanukoviç taxtından devrildi. Doğrudur, hazırkı hökumət hələ qeyri-sabit fəaliyyət göstərir. Təbii ki, burada Putinin də rolu var. Ancaq o, ukraynalıların iradəsini sındıra bilmədi. Bunu görən Putin Krımı işğal etməyə qərar verdi”. Bzejinski əlavə edib ki, Putin Ukraynanı hissə-hissə özünə birləşdirmək istəyir: "Krımda olduğu kimi, böyük ehtimalla o, maskalı banditləri diğər vilayətlərə də göndərməyə cəhd edəcək. Ona görə də, Qərb sanksiyaları sərtləşdirməli, lazım gələrsə, Ukraynanı silahla təmin etməlidir”. Bzejinski sonda bildirib ki, Estoniya, Gürcüstan, Moldova və Latviya kimi ölkələr də risk zonasındadır. Xatırladaq ki, Krımda keçirilən referendumdan sonra Rusiyanın yarımadaya yönəlik mövqeyini Ermənistan, Qazaxıstan, Çin, Venesuela və Suriya dəstəkləyib.  (“Aktual.az”)ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol