• $
  • €
  • ₽
  • ₺
  • £

Kiyev Krım körpüsünü partlatdığını etiraf etdi

Kiyev Krım körpüsünü partlatdığını etiraf etdi
09.07.2023 14:04
Ukrayna müdafiə nazirinin müavini Anna Malyar Rusiyanın ölkəyə genişmiqyaslı işğalının 500 günü ərzində Ukrayna Silahlı Qüvvələrinin uğurları haqqında yazı dərc edib.

Ukrayna KİV xəbər verir ki, o, uğurlu əməliyyatlar arasında 2022-ci ilin oktyabrında Krım körpüsünə vurulan zərbəni qeyd edib.

Malyarın iyulun 8-də dərc etdiyi yazıda deyilir:
"Rusların maddi-texniki təminatını pozmaq üçün Krım körpüsünə ilk zərbənin endirilməsindən 273 gün ötür”.

Rusiya mətbuatı iyulun 9-da səhər saatlarında müdafiə nazirinin müavini postuna diqqət çəkərək, belə bir nəticəyə gəlib ki, bu yolla "Ukrayna Müdafiə Nazirliyi Kiyevin Krım körpüsündə terror aktı təşkil etdiyini tanıyıb” .

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Malyarın yazısına cavab olaraq Ukrayna hakimiyyətini "terrorçu rejim” adlandırıb .

Krım körpüsündə partlayış 2022-ci il oktyabrın 8-də səhər saatlarında baş verib. Yük maşını keçiddə partlayıb, bundan sonra körpünün dəmir yolu hissəsində yanacaq çənləri yanıb. Rəsmi məlumatlara görə, incident nəticəsində dörd nəfər ölüb. Rusiya İstintaq Komitəsi hücumla bağlı cinayət işi açıb. Bu il mayın 5-də Krım körpüsündə dəmir yolu hərəkəti tamamilə bərpa edilib.

Rusiya hakimiyyəti partlayışın təşkilatçısını Ukraynanın xüsusi xidmət orqanları olduğunu açıqlayıb. Kiyev bu vaxta qədər partlayışda iştirakını inkar edirdi. May ayında Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk körpüdəki partlayışı şərh edərkən demişdi ki, xüsusi xidmət orqanı bu logistik marşrutu "kəsmək” üçün "müəyyən tədbirlər” görür.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol