• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyanın 480 hərbçisi həlak olub

Rusiyanın 480  hərbçisi həlak olub
22.09.2023 09:47
Ukrayna ordusu son sutkada Rusiyanın 480 hərbçisini məhv edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, müharibə başlayandan bu günə kimi Rusiya ümumi itkilərinin sayı  274 950  nəfərə çatıb.

Son sutkada Rusiyaya məxsus 2 tank, 17 zirehli döyüş maşını, 23 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

Son məlumatlara görə, Müdafiə qüvvələri Baxmutun cənubunda hücum əməliyyatlarını davam etdirir və Melitopol istiqamətində irəliləyiblər. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı səhər hesabatında məlumat verib. 
 
"Ukrayna Müdafiə Qüvvələri Ukraynanın şərqində və cənubunda müdafiəni, Melitopol istiqamətində hücum əməliyyatını və Baxmut istiqamətində hücum əməliyyatlarını davam etdirir, düşməni məhv edir, müvəqqəti işğal olunmuş əraziləri addım-addım azad edir və əldə olunan xətlərdə möhkəmlənir. Son 24 saat ərzində 26 hərbi toqquşma baş verib”, - Baş Qərargahın səhər hesabatında bildirilib.

Amerika Tədqiqi İnstitutunun analitikləri bildirirlər k, Ukrayna hərbçilərinin Zaporojye vilayətinin Rabotino kəndi ərazisində əks-hücum əməliyyatlarını davam etdirilir

Rusiya Ukrayna müharibəsi ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində  başlayıb.

Aytac Zeynalova

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol