• $
  • €
  • ₽
  • ₺
  • £

Ankarada terror aktı törədənlərdən birinin kimliyi məlum olub

Ankarada terror aktı törədənlərdən birinin kimliyi məlum olub
02.10.2023 11:37
Ankarada Türkiyə Daxili İşlər Nazirliyinin Mühafizə Baş İdarəsinin qarşısında bombalı hücum həyata keçirən terrorçulardan birinin şəxsiyyəti məlum olub. Bu barədə TRT Haber-ə Türkiyə Daxili İşlər Nazirliyindən məlumat verilib.
 
Nazirlik Ankarada bombalı hücumu həyata keçirən terrorçulardan birinin PKK üzvü olduğunu açıqlayıb.

"Araşdırmalar zamanı terrorçulardan birinin separatçı PKK terror təşkilatının üzvü olduğu müəyyən edilib. Digər terrorçunun müəyyən edilməsi istiqamətində işlər davam etdirilir", - açıqlamada bildirilib.

Həmçinin terror aktının törədildiyi yerdə xeyli miqdarda partlayıcı və silah-sursat aşkarlandığı qeyd olunub.

Nazirlik hücum cəhdində istifadə edilən avtomobillə bağlı detalları da açıqlayıb. Bildirilib ki, aparılan araşdırmalar zamanı Kayserinin Dəvəli rayonunda özəl bir müəssisədə baytar işləyən Mikayıl Bozlağanın terrorçular tərəfindən qətlə yetirildiyi və avtomobilinin qaçırıldığı məlum olub.

Dünən saat 10:30 radələrində Türkiyə Daxili İşlər Nazirliyinin Mühafizə Baş İdarəsinin qarşısında iki terrorçu bombalı hücuma cəhd edib. Terrorçulardan biri özünü partladıb, digər terrorçu isə zərərsizləşdirilib.

Açılan atəş nəticəsində 2 polis yüngül xəsarət alıb.

Hadisə ilə bağlı araşdırmalar davam edir.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol