• $
  • €
  • ₽
  • ₺
  • £

Fransa prezidenti erməni diasporu ilə görüşdü

Fransa prezidenti erməni diasporu ilə görüşdü
28.05.2020 21:56
Dekabrın 16-da Fransa prezidenti Fransua Olland Yelisey sarayında Fransada erməni təşkilatları koordinasiya şurasının və erməni diasporunun Fransadakı əsas təmsilçiləri olan Murad Papazyanı, Ara Toranyanı və Aleksis Qovsiyanı qəbul edib. Fransa prezidenti onların erməni mədəniyyətinin Fransada təbliğ etmələri istiqamətindəki fəaliyyətlərini alqışlayıb. Erməni diasporasının təmsilçiləri isə Fransua Ollanda milli yaddaş mərkəzinin layihəsini təqdim edib və Fransa prezidenti bu layihəyə öz dəstəyini ifadə edib. Bundan başqa, onlar ölkə başçısına 2015-ci ildə "erməni soyqırımı"nın yüz illiyinin qeyd edilməsinə hazırlaşdıqları haqda məlumat verib. Görüşdə Fransua Olland Ermənistan prezidenti Serj Sarkisyanın dəvəti ilə 2014-ci ilin may ayında İrəvana səfər edəcəyi haqda məlumatı bir daha təsdiqləyib. Qeyd edək ki, Fransanın erməni diaspor təşkilatları 2015-ci ildə “erməni soyqırımı”nın 100 illiyi münasibətilə Paris yaxınlığında yerləşən Sevr şəhərində Avropada ilk “erməni soyqırımı” abidəsinin və muzey kompleksinin açılışına hazırlaşır. Bu haqda məlumat layihənin təşkilat komitəsi özünün xüsusi olaraq yaradılmış www.sevres2015.org internet səhifəsində yerləşdirib. Layihənin həyata keçirilməsi üçün bütün dünya erməniləri tərəfindən xüsusi fond yaradılıb. Layihəni Fransada bir çox nüfuzlu ermənipərəst ictimai-siyasi xadim və elm adamları dəstəkləyir. Xatırladaq ki, Sevr şəhərinin seçilməsi də təsadüfi deyil. Burada Birinci Dünya müharibəsindən sonra, 10 avqust 1920-ci ildə müttəfiq dövlətlərlə Osmanlı imperatorluğu arasında “Sevr müqaviləsi” imzalanıb. Müqaviləyə əsasən, Osmanlı imperatorluğu faktiki olaraq böyük dövlətlər arasında bölüşdürülmüşdü və onun şərq vilayətlərində Ermənistan dövlətinin yaradılması nəzərdə tutulmuşdu. Lakin həmin ilin avqustun 19-da toplanan Türkiyə Böyük Millət Məclisi Sevr müqaviləsini tanımadığını və Türkiyə torpaqlarının hər qarışı uğrunda savaşacağını bəyan edib. Bu səbəbdən müqavilə kağız üzərində qalıb. “Erməni soyqırımı”nın 100 illiyinə həsr edilmiş “Sevr 2015” adlı bu layihənin həyata keçirilməsi istiqamətində aparılan işlərə 2012-ci ilin sentyabrında start verilib. Hazırda bu təşkilata Fransada yaşayan hüquq elmləri doktoru, akademik Jerar Gergeryan rəhbərlik edir. Layihənin reallaşmasına Patrik Devicyan kimi Fransanın tanınmış şəxsləri də güclü lobbiçilik dəstəyi verərək, 2015-ci ildə Fransa və Ermənistan prezidentlərinin birgə iştirakı ilə xatirə muzeyinin rəsmi açılışına çalışırlar.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol