• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya sukuk bazarı on ildə 5 dəfə böyüb

Dünya sukuk bazarı on ildə 5 dəfə böyüb
18.06.2026 15:32

Qlobal sukuk bazarının həcmi 2030-cu ilə qədər 1,8 trilyon dollara çata bilər. Bu barədə Malayziya Mərkəzi Bankının müavini Adnan Zeylani Zahid İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, hazırda dövriyyədə olan sukukların həcmi 1 trilyon dolları ötüb və son on ildə təxminən beş dəfə artıb. O qeyd edib ki, sukuklar artıq İslam maliyyəsinin niş seqmenti deyil, qlobal maliyyə bazarlarının mühüm maliyyələşmə alətinə çevrilib.

O vurğulayıb ki, 2040-cı ilə qədər 15 trilyon dollar həcmində qiymətləndirilən qlobal infrastruktur maliyyələşməsi kəsiri fonunda sukuklar uzunmüddətli layihələrin maliyyələşdirilməsində mühüm rol oynaya bilər.

Onun sözlərinə görə, sukuklar vasitəsilə bərpa olunan enerji, logistika, rəqəmsal rabitə və nəqliyyat infrastrukturu layihələri maliyyələşdirilir. Malayziyada isə 2025-ci ildə sukuklar hesabına real iqtisadiyyata 34 milyard dollardan çox investisiya yönəldilib.

Aytac Zeynalova

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol