• $
  • €
  • ₽
  • ₺
  • £

Viktor Yanukoviç: “Nümayişçilərə atəş açılması barədə əmr verməmişdim”

Viktor Yanukoviç: “Nümayişçilərə atəş açılması barədə əmr verməmişdim”
28.05.2020 21:02
Ukraynada dövlət çevrilişi planı quran qüvvələr istefaya getmədiyim halda məni öldürməyə qərar vermişdi”.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu "Arqumentı i faktı” qəzetinə müsahibəsində Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç deyib.

V. Yanukoviç bu ilin fevralında baş verən Avromaydan hadisələri barədə danışarkən nümayişçilərə atəş açmaq əmri vermədiyini deyib: "Meydanda Ukrayna üçün Avropa seçiminin uğurlu olacağına sidq ürəkdən inanan vətənpərvərlər çox idi. Lakin gəlin baxaq, meydan hadisələri kimə sərf edirdi? Meydanda duran on minlərlə insan heç nə əldə etmədi. Bütün mənfəət məsuliyyətsiz siyasətçilərə və onların sponsorlarına çatdı. Onlar saxta vədlərlə insanları inandırdılar ki, hər şeyə nail olmaq asandır və "parlaq gələcəyə” doğru yolda yeganə maneə Yanukoviçdir. Amma bu ssenarinin rejissorlarına Yanukoviç yox, Ukrayna lazım idi”.

Sabiq prezident 100-dən çox insanın öldüyü 18-21 fevral hadisələri barədə suala belə cavab verib: "Fevralın 18-də müxalifət insanları Ali Radaya apardı. Onların hədəfi vardı - parlament və Prezident Administrasiyasını tutmaq. Həmin vaxt DİN əməkdaşlarının əlində odlu silah yox idi, ona görə də odlu silah tətbiqi barədə əmr ola bilməzdi. Artıq fevralın 18-də gündüz çağı etirazçılar İnstitutskaya küçəsində ticarət mərkəzləri və yaşayış binalarını talan etməyə başladılar, Regionlar Partiyasının ofisinə hücum edərək, iki ofis əməkdaşını öldürdülər. Bundan sonra hadisələr inanılmaz sürətlə inkişaf etməyə başladı. Müxalifət tamamilə qanunun sərhədlərini keçməyə və açıq-aşkar silahlanmağa başladı. Tək bir gün içində – 18 fevralda odlu silahdan açılan atəş nəticəsində 10-dan çox milis əməkdaşı xəsarət aldı. Deyin görək, nümayişçilərdə silah olmasaydı, bu, necə baş verə bilərdi? Elə bu vaxt Qərbi Ukraynada radikal qruplar kütləvi şəkildə dövlət idarələrini tutmağa başladılar. O cümlədən, DİN və Təhlükəsizlik Xidmətinin binalarını, silah anbarlarını. Onların əlində minlərlə odlu silah peyda oldu. Biz başa düşürdük ki, əgər bu silahlar Kiyevə gəlsə, qan tökülməsindən qaça bilməyəcəyik. Ona görə də, qanunsuz hərəkətlərin qarşısını almaq və qətiyyən silah işlətmədən meydana aparan küçələri boşaltmaq qərarı verildi”.

V. Yanukoviçin sözlərinə görə, Ali Radada impiçment cəhdi baş tutmadıqdan sonra müxalifət ona təzyiqlər etməyə başlamış, bu baş tutmadıqda isə sui-qəsd planı işə düşmüşdü: "Fevralın 20-nə olan məlumatlara görə, 20 milis əməkdaşı öldürülüb, 130 nəfər də yaralanıb. Amma bu barədə heç nə açıqlanmır. Görəsən, niyə indiki hakimiyyət bu məsələni araşdırmır, günahkarların kim olduğunu müəyyənləşdirmir?”

V. Yanukoviç onu da əlavə edib ki, əgər Almaniya və Polşa XİN başçılarının, eləcə də Fransa XİN nümayəndəsinin iştirakı ilə müxalifət və iqtidar arasındakı razılaşmaya əməl olunsaydı, qanlı hadisələr də baş verməzdi.
 
ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol