• $
  • €
  • ₽
  • ₺
  • £

Zaur Dadaev: «Nemtsov-u mən öldürməmişəm»

Zaur Dadaev: «Nemtsov-u mən öldürməmişəm»
11.03.2015 12:03
Saxlanma yerlərində yoxlama aparan İctimai Müşahidə Komissiyasının üzvləri və «Moskovski Komsomolets» qəzetinin müxbiri «Lefortovo» həbsxanasına baş çəkib. Onlar Rusiya müxalifət lideri Boris Nemtsov-un qətli ilə əlaqədar saxlanmış Zaur Dadaev və Gubashev qardaşları ilə görüşüblər. 

Bu şəxslər saxlanma zamanı döyüldüklərini, işgəncələrə məruz qaldıqlarını deyiblər. Müxbir bir məqamı da qeyd edir ki, xüsusi təhlükəli şübhəlilərin saxlanması zamanı güc tətbiqinə icazə verilir.

31 yaşlı Shahid Gubashev təcridxanada onunla insani rəftar olunduğunu, ancaq əvvəldən başına gələnləri danışmaq istədiyini deyib. Onun sözlərincə, qohumları Zaur Dadaev-in saxlanmasını eşidib dərhal onun dalınca yollanıblar: «Hər hansı cinayətdə əlimiz olsaydı, belə edərdikmi?». Gubashev gözlərinin bağlandığını, özünün və qardaşının döyüldüyünü bildirib.

«Tələb edirdilər deyim ki, Nemtsov-u biz öldürmüşük». Gubashev vəkilini birinci dəfə məhkəmədə gördüyünü deyib. «Vəkil nəyimə lazımdır? Bu işin mənə dəxili yoxdur axı.. Xahiş edirəm aydınlaşdırın, biz niyə burdayıq, bizi niyə döyürdülər? Biz təqsirli deyilik».

Qardaşı Anzor Gubashev şikayəti olmadığını, danışmaq istəmədiyini deyib.

«ELƏ HEY QIŞQIRIRDILAR Kİ, «NEMTSOV-U SƏN ÖLDÜRMÜSƏN?»

Zaur Dadaev isə bədənində qandal izlərini göstərir. O, iki sutka başına paket keçirilərək döyüldüyünü, həmin paketi də saxladığını söyləyib: «Elə hey qışqırırdılar ki, «Nemtsov-u sən öldürmüsən?». Deyirdim «yox». Saxlananda dostum, keçmiş əməkdaşım Ruslan Yusupov yanımda idi. Deyirdilər ki, boynuma alsa, onu buraxacaqlar. Razılaşdım. Düşündüm onu da buraxarlar, məni də Moskvaya salamat gətirərlər».

Martın 8-də yayılmış məlumata görə, Boris Nemtsov-un qətlində şübhəli bilinən Zaur Dadaev etirafedici ifadələr verib. Bu haqda işə baxan hakim məlumat verib. Dadayev-in aprelin 28-ə qədər həbsdə qalması barədə qərar çıxarılıb. Məhkəmə həbs qərarını onun şahidlərə təzyiq edə, sübutları məhv edə biləcəyi ilə əsaslandırıb.

Vaxtilə Çeçenistan lideri Ramzan Kadyrov-un «Sever» çeçen batalyonunda xidmət etmiş Zaur Dadaev 2010-cu ildə Rusiya prezidenti tərəfindən «İgidliyə görə» Ordeni ilə təltif olunub.

Azadliq.org
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Угроза взрыва на борту самолета Wizz Air
Dünya 18:20
Угроза взрыва на борту самолета Wizz Air
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol