• $
  • €
  • ₽
  • ₺
  • £

Putin sanksiyaların vurduğu ziyanı etiraf etdi

Putin sanksiyaların vurduğu ziyanı etiraf etdi
19.03.2015 13:51
Rusiyanın Krımı Ukraynadan ilhaq etməsinin ildönümü günündə prezident Vladimir Putin bununla əlaqədar Moskva üzərinə qoyulmuş Qərb sanksiyalarının ölkəyə ziyan vurduğunu etiraf edib.

İnterfax agentliyinin məlumatına görə Putin deyib ki, "fərdlərə və əsas iqtisadiyyat sektorlarına qoyulmuş sanksiyalar öldürücü deyil, lakin bununla belə, işimizə mane olur”.

Minlərlə rus Krımın ilhaqının bir illik "yubileyi” ilə əlaqədar Moskvadakı Qırmızı meydana yığılıb.

Rusiyaya qarşı sanksiyalar Avropa İttifaqı liderləri tərəfindən bu həftə müzakirə ediləcək.

Avropa Şurasının prezidenti Donald Tusk bildirib ki, sanksiyaların, Ukrayna hökuməti özünün şərq sərhədlərində nəzarəti əlinə alanadək saxlanmasını təklif edir.

Kremlin qarşısına toplaşmış 100 minədək insana müraciət edən Putin iddia edib ki, ukraynalılar və ruslar eyni xalqdırlar.

Bundan bir qədər əvvəl Putin Gürcüstandan qoparılmış Cənubi Osetiya regionu ilə Moskvanın bağlarını gücləndirən müqavilə imzalayıb.

Bu müqavilə Cənubi Osetiyanın hərbi və siyasi baxımdan Rusiyaya inteqrasiyasını nəzərdə tutur.

NATO və Qərb Abxaziya və Cənubi Osetiya ilə Rusiya arasında bağlanmış "ittifaq” müqavilərlərini Gürcüstanın ərazi bütövlüyünə qəsd kimi tənqid edir.

Azadliq.org
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol