• $
  • €
  • ₽
  • ₺
  • £

Putin dövlət sirrinə əlavələr barədə fərman imzaladı

Putin dövlət sirrinə əlavələr barədə fərman imzaladı
29.05.2015 15:45
Fərmanla dinc dövrdə xüsusi əməliyyatlar zamanı hərbi itkilər də dövlət sirri sayılır. Əvvəllər yalnız müharibə dövrünün hərbi itkiləri dövlət sirri idi


Rusiya prezidenti Vladimir Putin dövlət sirrinə əlavələr haqqında fərman imzalayıb. Fərmanla dinc dövrdə xüsusi əməliyyatlar zamanı hərbi itkilər də dövlət sirri sayılır. Əvvəllər yalnız müharibə dövrünün hərbi itkiləri dövlət sirri idi.

Əlavələr mayın 28-də rəsmi dərc olunub. Dövlət sirri haqqında qanun 1995-ci ildə qəbul edilib.

İndi Rusiya kəşfiyyatı, əks-kəşfiyyatı ilə mümkün əməkdaşlıq edə biləcək fərdlərlə bağlı hər hansı informasiya da dövlət sirri sayılacaq.  Əvvəllər bu status ancaq real əməkdaşlıq edənlərə aid idi.

Bu arada Rusiya əsgərlərinin Ukraynanın şərqində separatçılarla birgə vuruşmasına dair ittihamlar var, Moskva bu iddiaları təkzib edir. Fəalların iddiasına görə, rus əsgərlərin meyitləri dəfn olunmaq üçün gizli şəkildə Ukraynadan Rusiyaya gətirilir. /Azadliq.org

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol