• $
  • €
  • ₽
  • ₺
  • £

Türklər Azərbaycanı ən yaxın dost sayır

Türklər Azərbaycanı ən yaxın dost sayır
29.05.2015 15:19
Keçirilən sorğuda respondentlərin 38,9 faizi Türkiyənin "dostu olmadığını” deyib

İstanbulun Kadir Has Universitetinin keçirdiyi yeni sorğunun nəticələrinə əsasən, Türkiyənin dostları ilə bağlı sualı cavablandıran respondentlərin 38,9 faizi ölkənin "dostu olmadığını” söyləyib. Sorğuda Azərbaycana müsbət münasibətin artdığı müşahidə edilib və respondentlərin 37,5 faizi Azərbaycanın Türkiyənin ən yaxın dostu olduğunu bildirib.

ANS PRESS-in məlumatına görə, sorğu iştirakçılarının 22 faizinin fikrincə, Türkiyə xarici siyasətini müstəqil olaraq müəyyənləşdirməlidir. Türkiyənin başqa müsəlman ölkələrlə bərabər şəkildə hərəkət etməli olduğunu deyənlərin sayı isə artaraq, 2013-cü ildən 12,5 faizlə müqayisədə 19,5 faiz olub.

Respondentlər arasında Avropa İttifaqına üzvlük məsələsində dəstəyin azaldığı müşahidə edilir. Türklərin yalnız 42,4 faizi Türkiyənin Avropa İttifaqına üzv olmaq istədiyini deyib. 2013-cü ildə bu göstərici 47,5 təşkil edirdi.

Sorğu iştirakçılarının 33,6 faizi Türkiyənin İsrail-Fələstin münaqişəsində aktiv vasitəçilik etməsini arzulayır, 39,1 faizi isə ölkənin qətiyyən münaqişəyə müdaxilə etməməli olduğunu bildirir.

Türkiyənin digər müsəlman ölkələri üçün model ola bilməsin məsələsində respondentlərin 68,1 faizi birmənalı şəkildə müsbət rəy bildirib.

Bundan əlavə, Türkiyədə hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyası (AKP) prezident üsul-idarəsinin gücləndirilməsini təbliğ etdiyi bir vaxt yeni sorğu dövlət başçısının xarici siyasətdə rolunun artırılmasına dəstəyin yüksəldiyini göstərir. Respondentlərin 28,4 faizi Ankaranın xarici siyasətinin müəyyənləşməsində prezidentin aparıcı rol oynadığını bildirib. Bu, 2013-cü ildə keçirilmiş sorğunun göstəriciləri ilə müqayisədə 7,7 faiz daha çoxdur.

Yeni sorğuda əvvəlki sorğu ilə müqayisədə xarici siyasət kursunun müəyyənləşməsində hökumət və baş nazirin roluna daha az əhəmiyyət verilib. 2013-cü illə müqayisədə baş nazirin roluna əhəmiyyət verən respondentlərin sayı 30 faizdən 20 faizə enib.

Eyni zamanda, prezidentin xarici siyasətdə daha aktiv roluna dəstək verənlərin sayı artıb. Onların 41,9 faizi prezidentin xarici siyasətdə daha aktiv rol oynamasının tərəfdarıdır.

Bununla belə, "Xarici siyasətdə kim fəaldır” sualına cavab verən sorğu iştirakçıların əksəriyyəti belə görünür, baş nazir Əhməd Davutoğlunun əvvəl xarici işlər naziri olduğu üçün "baş nazir” cavabını veriblər.

Respondentlərin 45,5 faizi Türkiyəni "islam dövləti” kimi səciyyələndirib. 2013-cü ildə respondentlərin 37 faizi belə düşünürdü. Respondentlərin 26,4 faizi Türkiyəni Avropa ölkəsi, 20,3 faizi isə Yaxın Şərqin ölkəsi hesab etdiyini deyib.

Sorğuya əsasən, Suriyada vəziyyət Türkiyə xarici siyasətində başlıca məsələ oalraq qalır. Respondentlərin 20 faizi Suriyanı birinci yerdə göstərib. 2013-cü ildə bu rəqəm 65,5 faiz təşkil edirdi.

Suriya qaçqınlarına gəldikdə, respondentlərin 36,3 faizi Türkiyənin qaçqınları bundan sonra qəbul etməli olmadığını deyib. Respondentlərin 15 faizi isə hesab edir ki, Türkiyə yeni gələn qaçqınları qəbul etməlidir, lakin əvvəl gələnlər geri qaytarılmalıdır. Sorğu iştirakçılarının yalnız 21 faizi qaçqınların sayından asılı olmayarq, Türkiyənin onlara sığınacaq verməyə davam etməli olduğunu düşünür.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol