• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstanda marixuana qanuniləşdirilir

Gürcüstanda marixuana qanuniləşdirilir
29.05.2015 18:00

Qoqa Xaçidze təşəbbüs ilə çıxış edib.

Gürcüstan parlamenti yaxın günlərdə marixuananın qanuniləşdirilməsi məsələsinə baxacaq, müvafiq qanun layihəsi qanunverici orqanda may ayının 28-də qeydiyyata alınıb, Oxu.Az "Liberal” gürcü nəşrinə istinadən xəbər verir.

Marixuananın qanuniləşdirilməsinin təşəbbüsçüsü kimi Qoqa Xaçidze çıxış edib.

Deputatın təşəbbüsünə müvafiq olaraq, marixuananın və çətənənin istehsalı, əldə edilməsi, saxlanılması və həkimin göstərişi olmadan istifadəsi cəzalandırılan cinayət hesab edilməyəcək.   

Bununla yanaşı, deputat həmçinin narkotik istifadəsinə görə administrativ cərimənin 500 laridən (218 dollara yaxın) 100 lariyə (43,6 dollar) qədər azaldılmasını təklif edib.

Qeyri-qanuni elan edilən marixuana Gürcüstanın bir çox ərazisində yetişir və Tbilisinin bir çox kənd və ayrı-ayrı dairələrində 2006-cı ilə qədər açıq şəkildə istifadə edilirdi, bu, üçüncü prezident Mixail Saakaşvili tərəfindən elan edilmiş cinayətkarlıqla mübarizədə, kiçik həcmdə narkotikin saxlanılması cəzalandırılana qədər davam etdi, "Liberal” qeyd edir.

Həmin il polis tərəfindən narkotiklərə görə icbari yoxlama qüvvəyə mindi.  

Daha öncə Gürcüstan parlamenti birinci oxunuşda narkotiklərin realizəsi istisna olmaqla narkocinayətlərə görə cəzaların yüngülləşdirilməsinə dair qanunvericilikdə düzəlişləri qəbul etdi.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol