Xalq şairi: “Yataqdan dura bilmirəm”

09:02 | 10.12.2013
Xalq şairi: “Yataqdan dura bilmirəm”

Xalq şairi: “Yataqdan dura bilmirəm”

“Xəstəliyim sağalmayıb, yaram bitişmir. Dörd aydan çoxdu ki, yataqdan dura bilmirəm”. Bunu Modern.az saytına uzun müddətdir səhhətindəki problemlərdə əziyyət çəkən 87 yaşlı xalq şairi Söhrab Tahir deyib. Şairin sözlərinə görə, gah həkim evə gəlir, gah da onu xəstəxanaya aparırlar.”Əməliyyat olunmuşam, barmaqlarımı kəsiblər, yara dörd ay bir həftədir ki, bitişmir.Türkiyədən də dərman gətiriblər, amma yenə xeyri yoxdu. Həkimlər də deyir ki, darıxma sağalacaq. Şəkərim də var. Şəkər yaranın bitişməsinə mane olur. Qocalığın da təsiri var. Toxumalar da artıq qocalıb. Regenerasiya prosesi getmir”.Söhrab Tahir Azərbayzan Yazıçılar Birliyinin rəhbərliyindən razılıq edib, Anar və Fikrət Qocanın ona baş çəkdiyini, baş nazirin müavini Elçin Əfəndiyevin hal-əhval tutduğunu deyib.”Elçin dedi ki, sənə nə lazımdırsa kömək edək. Hansı ölkəyə lazımdırsa, göndərərik, orda müalicə olunarsan. Dedi ki, niyə bizə söyləməyibsən. Bir az giley elədi. Dedim, vallah sizin işiniz ağırdı, dövlət işidi. Mən də qocalmışam daha bir-iki il, uzağı üç il ömrüm qalıb. Danladı məni bir az. Bir oğul kimi. İndi görək bu işlərin axırı necə olur”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb