Xarici adda olan reklam afişaları yığışdırıldı – VİDEO

10:24 | 03.10.2016
Xarici adda olan reklam afişaları yığışdırıldı – VİDEO

Xarici adda olan reklam afişaları yığışdırıldı – VİDEO

Rayon İcra Hakimiyyəti tərəfindən komissiya təşkil edilib.

Bərdədə obyektlərdəki xarici adlar və xarici dildə olan reklam afişaları yığışdırılıb.

Bu məqsədlə Bərdə Rayon İcra Hakimiyyəti tərəfindən komissiya təşkil edilib. Komissiya tərəfindən mütəmadi olaraq monitorinqlər aparılır.

Bu rayonda xarici adda dükan və ya başqa obyekt qalmayıb.

Son illər rayonda tikilən və istifadəyə verilən obyektlərin əksəriyyətinə xarici adlar qoyulurdu. Xarici dildə yazılan reklam afişaları da kütləvi hal almışdı. Bunu görən rayon rəhbərliyi hərəkətə keçib.

Rayon İcra Hakimiyyətinin təşkil etdiyi komissiya tərəfindən xarici dildə yazılan reklamların və afişaların adları dəyişdirilib. Sahibkarlarla aparılan maarifləndirici söhbətlərdən sonra obyektlərin qarşısında asılan reklam lövhələrinin adları dəyişdirilərək milli adlar qoyulub.

İndi sahibkarlar yeni tikib-istifadəyə verdikləri obyektlərin adlarını təyin edərkən şəhər bələdiyyəsi ilə razılığa gəlirlər. Reklam lövhələri monitorinq şöbəsi tərəfindən yoxlanıldıqdan sonra çap olunmasına icazə verilir.

Rayon ərazisində komissiya tərəfindən mütəmadi olaraq monitorinqlər aparılır. Lakin komissiyanın hər hansı bir inzibati cəza və ya xəbərdarlıqetmə funksiyası olmadığından obyektlərə yalınız tövsiyə verə bilir.

ANN.Az "Xəzər Xəbər”ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM