XƏBƏR ANı: Yol polisindən şikayət

17:52 | 13.10.2015
XƏBƏR ANı: Yol polisindən şikayət

XƏBƏR ANı: Yol polisindən şikayət


Avtomobilin polis əməkdaşları tərəfindən qanunsuz olaraq evakuatorla aparılması barədə bu gün redaksiyamıza şikayət daxil olub. Şikayətçinin sözlərinə görə, o, maşınını avtomobillərin saxlanmasını qadağan edən işarənin olmadığı və sarı zolağın çəkilmədiyi yerdə saxlayıb. Amma geriyə dönərkən yol polisinin onun avtomobilini cərimə meydançasına apardığını görüb. Sürücü deyir ki, o özünə qarşı ikinci qanunsuz hərəkətlə növbəti dəfə cərimə meydançasında üzləşib. Belə ki, yol polisi əməkdaşları ona bildiriblər ki, cərimə sənədləşməsiz olarsa 30 manat, sənədləşməylə olarsa 38 manat ödənilməlidir. 

Şikayətçinin müraciəti ilə bağlı Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamran Əliyevlə əlaqə saxladıq. "Avtomobillərin saxlanmasını qadağan edən işarənin olmadığı yerdən sürücünün maşını niyə aparılır" - sualına yol polisi rəsmisi birbaşa cavab verməkdən yayındı. O bizə Azərbaycan Respublikasının "Yol Hərəkəti Haqqında” Qanununa baxmağı tövsiyyə etdi. O ki qaldı digər məsələlərə Kamran Əliyev dedi ki, çəkdiyimiz videonu ona poçt vasitəsilə göndərək... 

Ümid edirik ki, yol polisi rəsmiləri bu süjetə baxib vətəndaşın hüquqlarını bərpa edəcək və günahkarları cəzalandıracaqlar. 
 
Hazırladı: Aynur Məmmədova


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb