Xəsis milyarderlər...

14:01 | 02.08.2015
Xəsis milyarderlər...

Xəsis milyarderlər...

Milyarder iş adamları, dünyanın ən çox qazanan ulduzlarıo qədər pulları ilə nə edirlər? Bu sizə də maraqlıdır, elə deyilmi? Əlbətdə, özəl adası olan da var, amma hələ də 7 dollarlıq koftada gəzənlər də. O qədər pullarının olmasına rəğmən təvazökar olan və sadə bir həyatı seçən məşhurların və milyarderlərin seçimləri insanı heyrətə salır. 

Nə təyyarəsi var, nə də yaxtası

Karlos Slim (Carlos Slim Hélu) dünyanın ən zəngin adamlarından biridir. Yalnız vergilərə bəlli olan sərvəti 75 milyard dollardan çoxdur. Bizim bildiyimiz dünyanın ən zəngir adamının yaxtaları, iqamətgahları, göydələnləri, təyyarələri, dünyanın dörd bir yanında özəl adaları, hətta arada - sırada "Mən bir Aya gedib gəlim” deyə biləcək kosmik gəmisi olar. Amma bu adamda heç biri yox! Karlos Slim Hélu 5 yataq otağı olan 2 mərtəbəli bir evdə yaşayır. Tanıyanların söylədiyinə görə, 10 ildir eyni avtomobili sürür. 
 
 
0 ildir bu evdə yaşayır

Uarren Buffet (Warren Buffet) 70 milyard dollardan çox bir sərvətə sahibdir. "Forbes"in 2008-ci il siyahısında "Dünyanın ən zəngin adamı” seçildi. Əslində Uarren Buffet üçün qazandığı pulların o dərəcədə bir önəmi yox kimi görünür. Çünki hələ də 1958-ci ildə 31 min dollara aldığı Ohiodakı ikimərtəbəli evdə yaşayır. Şəkildə gördüyünüz bu evin indiki qiyməti isə 200 min dollar civarındadır. Yəni, Bakıda milyonu olmayan, babat maddi durumu olan ailənin yaşadığı evin qiymətidir.
 
 
30 min dollarlıq avtomobil sürür

Facebook-un yaradıcısı Mark Zukerberq (Mark Zuckerberg) 20 milyard var-dövləti var. Hələ bu milyardlar sosial şəbəkənin hesabına ilbəil artır. Buna baxmayaraq Markın avtomobilinin qiyməti 30 min dollardır və hər gün işə onunla gedib gəlir. Əynindəki 7 dollarlıq "futbolka" və 30 dollarlıq ortopedik başmaqlarından hələ də vaz keçmədiyini də əlavə etsək, bu insanın gözütoxluğuna heyran qalacaqsız.
 
 
Alış - veriş etməmək üçün yanında nəğd pul gəzdirmir

87 yaşlı T. Boone Pikensin var-dövləti 3 milyard dollar hesablanır. Pikensin tələbəlik illərindən qazandığı qəribə bir vərdişi var. O, hər gün evdən çıxmazdan öncə nə qədər pul xərcləyəcəyini hesablayır və ancaq o qədər cibinə qoyur. Kredit kartından istifadə etmir, yanında pul daşıyan bir köməkçisi falan da yox. Beləcə gündəlik xərcinin planını heç vaxt pozmur. 
 
 
Endirimləri izləyən 3 ulduz - Hilları Suank (Hillary Swank), Ledi Qaqa (Lady Gaga), Kristin Bill (Kristen Bell)

İllik gəlirləri milyonları keçən bu üç məşhurun üçü də endirim xəstəsi. Hillari bu özəlliyi ilə qürur duyduğunu deyir. Çünki uşaqlığı yoxsulluq içində keçib. Mağazalarda endirimləri çox diqqətlə izlədiyindən qürurla danışır. 
Günümüzün ən çox qazanan pop ulduzlarından Ledi Qaqa dəfələrlə bit pazarlarında və endirimli mağazalarda alış - veriş edərkən görüntüləndi. 
 
 
 
Geyimlərinin qiyməti 100 dolları keçmir

Taylor Svift (Taylor Swift) hazırda dünyanın ən çox qazanan pop ulduzudur. Kassasına hər gün minlərlə dollar girir. Buna baxmayaraq Taylor Sviftin küçədə geyindiyi qiyafətin var-dövləti ilə əlaqəsi yoxdur. 15 dollarlıq koftada kameralara tuş gələn məşhur müğənni, 30 dollarlıq bir geyimlə gəzməyə çıxır. 
 
 
 
Menyüdəki ən ucuz ikinci şərab 

Çuk Finey (Chuck Feeney) "Duty Free"nin yaradıcısıdır. Dünyanın ən çox tanınan xeyriyyəçi mələklərindəndir. Uşaq və sağlamlıq sahəsində çalışan dərnəklərə bugünə qədər 4 milyard dollardan çox yardım edib. Nə geyiminə pul xərcləyir, nə də yemək-içməyinə… BAvtobioqrafiyasında yazıldığına görə, restorana gedərsə menyudakı ən ucuz ikinci şərabı seçərmiş. Artıq bunu vərdiş halına gətirib və indi milyordları olsa da, bu vərdişindən əl çəkmək istəmir. 
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb