Xəzər sahilində yapon poeziyası - Xokkular

20:00 | 06.02.2015
Xəzər sahilində yapon poeziyası - Xokkular

Xəzər sahilində yapon poeziyası - Xokkular

Köhnə nohur!
Qurbağa tullanır,
Su sıçrayır. (Matsuo Basyo)


Ölkəmizdə günəşin ilk şəfəqlərini saçdığı Yaponiyanı sevən insan heç də az deyil. Doğrudan da, öz qədim adətləri, incəsənəti, idman növləri və yeni texnalogiyası ilə bu ölkə bir çoxlarının ürəyində yer tutub. Yaponlar əməksevərliyi, tərbiyəsi və müxtəlif növ əl işləri ilə insanı heyrətə salırlar. Bir çox şair yapon şeirinə xüsusi maraq göstərir. Yapon poeziyası müəyyən sayda hecaların ard-arda düzülüşü ilə fərqlənirlər. Bu poeziyada əsas diqqət qafiyəyə yox,  səsə və şeirin ritmik təşkilinə verilir.   

Bu gün mən sizə xokku poyeziyası haqqında danışmaq istəyirəm. Ancaq ilk öncə bu xokku poeziyasının nə olduğu haqqında məlumat verim. Xokku - 14-cü əsrdə məşhur ənənəvi yapon lirik poeziyası olan vaka janrına aiddir. Müstəqil janr kimi 16-cı əsrdən ortaya çıxmağa başladı. " Xokku” adını bu janra 19-cu əsrdə yaşamış Masaoka Siki irəli sürdü. Xokku yazan şairlərə "hayjin” deyirlər.   İndiyə kimi ən məşhur hayejin Matsuo Basyo sayılır. Honsyu adasında anadan olan və 17-ci əsrdə yaşamış Matsuo Basyo böyük yapon şairi və şeir nəzəriyyəçisi hesab olunur.


Payız küləyi səsli-küylə əsərkən,
O zaman mənim şeirimi anlayacaq,
Və açıq səmada yuxuya dalacaqsınız  



İlkin xokkular 3 misra və 17 hecada ibarət olub. Klassik xokkular insan və təbiət münasibətləri üzərinə qurulur. Ancaq burada ilin hansı fəslinin olduğunu mütləq göstəmək lazım idi. Çox zaman şeir indiki zamanda verilir. Şair öz keçirdiyi hisslərini ifadə edir. Avropa anlayışına daxil olan nəqarət üslubu xokkularda yoxdur. Burada başqa prinsip və quruluşdan istifadə edilir. Çox zaman xokkuların nəşr edildiyi kitablarda hər bir xokku ayrıca vərəqdə verilir. Bununla oxucu tələsmədən, şeirin havasına düşərək və oxuduğunu ruhən hiss edərək ondan ləzzət alır.  

Üç hecada bir anın təsvirinin verilmə bacarığı xokkuda ustalıq sayılır. Birinci heca "Harada”, ikinci heca "Nə”, üçüncü heca isə "Nə zaman” suallarına cavab verməlidir. Ancaq cavabsız xokkular da olur. Bu balaca şeirdə, hər bir söz, hər bir obraz diqqətə alınır və özünəməxsus məna kəsb edir. Buna görə xokkulara hisslərin dili – simvoliklik – xasdır.

Xokku dzen incəsənətinin bir qoludur və o, hayqa qrafikası, ikebanoy və çay mərasimi ilə bir-birinə çox bağlıdır. Xokku poeziyası gözlənilməzlik, aydınlanma, bütün adiliklərdə qeyri-adiliyi görmə bacarığı və əbədi anı təsvir etməyə çalışılır.  

Xuan Ximenes xokku haqında yazır: "Görəsən, bu qısa hecada dərin hissləri ifadə edən, əsrlərin dərin qatlarından çıxaraq gəlib bizə çatan, ölməz incəsənət nümunəsi, sehri sadə sözlərində olan, düşüncəni bir yerə kökləyə bilən, xokku insanın dərin xəyalının, yoxsa ruhunun məhsuludur?”

Deməli belə, biz artıq xokku poeziyası haqqında müəyyən məlumatları oxuduq. Bakıda bir kitab klubunda, Matsuo Basyo poeziyası ilə maraqlanan istedadlı və perspektivli şairlərə yazdıqları şeirlərinə görə mükafat verilirdi. Bütün bunlar onu deməyə əsas verir ki, biz artıq başqa ölkənin incəsənətinin bilicisi sayıla bilərik.  

Ədəbiyyat portalı olan "Tamqa” Yaponiyanın Azərbaycanda yerləşən səfirliyinin dəstəyi ilə xokku janrında açıq müsabiqə keçirib. Mövzunun adı "Xəzərdə dalğalanan xokkular” idi. Müsabiqə iştirakçıları məzmununda Xəzər mövzusu və xokku anlayışı olan rus dilində 5 xokku yazmalı idilər. Müsabiqənin əlaqələndiricisi "Tamqa” portalının baş direktoru Rüstəm Hüseynov idi. Münsiflər heyətinə Azərbaycan Yazıçılar Birliyinin üzvləri Tofiq Ağayev və Marat Şərifov daxil idilər.  





Müsabiqədə 8 ölkədən – Azərbaycan, Rusiya, Litva, Bolqariya, Ukrayna, Rumıniya, İsrail və Belarusdan -  23 hayjina iştirak edirdi.






Bu müsabiqə Azərbacanın gənc şairlərinin poetik bacarıqlarının inkişaf etdirilməsi məqsədi ilə keçirilirdi. Qiymətləndirmə 1-dən 10 bala kimi hər bir xokkuya verilirdi. Ballar toplanırdı və ən çox bal toplamış qalib olurdu. Müzakirələr "Facebook”da açılmış bir qrupda gedirdi.

İşlərin son təhvil günü 3 dekabr olmuşdu. 1 yanvardan 15 yanvara kimi qiymətləndirmə və müzakirə mərhələsi idi. 31 yanvarda isə qaliblər elan olundu.

Birinci yer – Natavan Mustafayeva (Bakı).

Qəfildən parladı
Qağayı lələkləri
Qış günəşi...

Ağır dalğa
Dərinlikdə yellədir
Yuxulu qağayını ...




İkinci yer – Nicat Məmmədov (Bakı).

Qara budaqlar,
Ağ qar
Və başqa heç nə.

İşığı söndürdüm.
Şamı yandırdım.
Kölgələr oynaşır.



Üçüncü yer – Aleksey Fan (Sankt Peterburq)

Müsabiqənin koordinatoru Rüstəm Hüseynov və münsiflərdən Marat Şərifov və Tofiq Ağayev qalibləri təbrik etdi.

Tədbir iştirakçıları "Kita” klubuna toplanmışdılar və xokkusevərlər, eləcə də günəşli ölkənin nümayəndələr də orada idilər.

Müsabiqənin qalibləri və iştirakçıları olan Nail Banayev (Bakı), Sergey Kurbatov (Kiyev), Virgini Bendorayten (Klaypeda), Səid Sübhi (Bakı), Səbinə (Bakı), Dinarə Gərəkməzli (Bakı), Niyel Keşauskene (Kaunas), Viktora Vetlina, Valeri Bekrinoy (Bakı), Çingiz Hüseynov (İsrail), Nikolay Qrankin, Oleq Novojilov (Qrodno) və Zaur (Bakı) yaradıcılıqları "Dünya ədəbiyyatı” jurnalında nəşr olunacaq.

Müsabiqə Yaponiya ilə bağlı olduğundan dəvət olunanlar arasında temari tikmək ustası olan Yana Amcadi də var idi. O özü ilə birgə, əl işləri olan temari yumruları və  yubinuku gətirmişdi. Tədbir maraqlı, əyləncələli və yadda qalan oldu.

Poeziyaya toxunaraq, onu hiss edərək, ondan həzz alaraq, onun eyforiyasına qapılın. Dünyanın gözəlliyini və insan hisslərini duyun. Dostlar, şeirlər oxuyun!


Lyubov Qasımova
ANN.Az













0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM